AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
09 fevral 2019
13 062


Uşaqlar və onların tərbiyyəsi haqqında deyilmiş hikmətli sözlər, aforizmlər.



Uşaqlar və onların tərbiyyəsi haqqında deyilmiş hikmətli sözlər, aforizmlər.

 

 
 1. Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. (Karl Qustav Jung)

      2. Uşağın xarakteri valideynlərin xarakterinin ən yaxşı göstəricisidir və ona uyğun olaraq inkişaf edir. (Anonim)

      3. Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. (Hz.Əli)

      4. Valideynlər əvvəlcə övladlarına hər şeyi öyrədir. Sonra övladlarından öyrənirlər. Bu qanunauyğunluğa riayət etmək istəməyənlər zamanını qaçırdır. (Anonim)

      5. Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz. (Viktor Hüqo)

      6. Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (Jozef Jubert)

      7. Təhsildə ən lazımsız nizam-intizam qaydası – fiziki cəza qaydasıdır. (Anonim)

      8. Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. (Pablo Pikasso)

      9. Oyuncaqlar uşaqları inkişaf etdirir, heyvanlar isə onlarda fədakarlığı tərbiyə edir.(Anonim)

    10. Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. (Jan Jak Russo)

    11. Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz. (Hindu atalar sözü)

    12. Hər kəs ata ola bilər, amma hər kəs atalıq bacarmaz. (Anonim).

    13. Uşaqları olmayan biri ölümün qurbanı olur. (Frensis Bekon).

    14. Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar. (Benjamin Franklin)

    15. Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyyə etsək, onlar dahi olaraq böyüyərlər. (Yan Komenskiy).

    16. Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir. (Əl Qazali)

    17. Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. (Fyodor Dostoyevski).

    18. Oğlan uşağı ilə atası arasındakı tək fərq oyuncaqlarının qiymətidir. (Jurq Ueber)

    19. Tərbiyyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. (Cuzeppe Madzini).

    20. Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir. (Menkis)

    21. Əgər uşağın dəcəlliyi onun öz üzərində mənəvi və fiziki zərərlər qoymursa, onu məhdudlaşdırmayın. (Vissariion Belinskiy)

    22. Hər uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır. (Artur Şopenhauer)

    23. Uşağınızdan müdrik bir insan yetişdirmək istəyirsinizsə, onun dəcəlliyin məhv etməyin. (Jan Jak Russo).

    24. Uşaqlar valideynlərinə sevgi ilə həyata başlayırlar. Böyüyəndə onları mühakimə etməyə başlayırlar. Hərdən onları bağışlamırlar (Oskar Uayld)

    25. Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafisəsiz böyüyə çevrilir. (Jilbern Sesborn).

    26. Uşaqlar böyüklərdən əksərən daha ağıllı və həmişə səmimi olurlar. (Maksim Qorki)

    27. Kiçik uşaqlar intellektual insanlarla çoxlu oxşar xüsusiyyətlərə malikdir. Hər ikisinin səsi-küyü bizi qıcıqlandırır, susqunluğu isə şübhələndirir. (Qabriel Laub).

    28. Cəmiyyətdə pişik və itlərin sayının uşaqlardan çox olması acınacaqlıdır. (Uilhelm Şvebel)

    29. Uşağınızın böyüdüyünü haradan anlaya bilərsiniz? Onlar böyüyəndə daha sizə nə sual verərlər, nə də hara getdiklərini deyərlər. (P.J.O-Rurke)

    30. Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Analogiyanı təkrarlasaq belə çıxır ki, pianoya sahib olmaqla pianoçu olmaq eyni şeydir. (Harris)

    31. Təhqirə məruz qalmayan uşaq şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edir.(Nikolay Çernişevskiy)

    32. Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor)

    33. Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq. (Fyodor Dostoevskiy).

    34. Uşaq olan evi təmiz saxlamaq, qar yağa-yağa həyət təmizləmək kimidir. (Filis Diller)

    35. Döyməklə uşağı yalnız korlamaq olar. (Aristotel)

    36. Valideynin övlada məhəbbəti — təbii, övladın valideynə məhəbbəti iradidir. (Nəsrəddin Tusi)

    37. Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar. (H.Jekson Braun)



Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar haqqında bilmədiyiniz ƏN MARAQLI FAKTLAR

Uşaqlar haqqında bilmədiyiniz ƏN MARAQLI FAKTLAR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Düzgün  tərbiyə  qaydaları

Düzgün tərbiyə qaydaları

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması

Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?

Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşağınızın  gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.

Uşağınızın gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə yol verilən səhvlər

Tərbiyədə yol verilən səhvlər

Uşaqların tərbiyəsində  7 səhv

Uşaqların tərbiyəsində 7 səhv