AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
10 yanvar 2019
2 923


Uşaqların tərbiyəsində 7 səhv



 

 
 
1.    Biz uşaqları riski hiss etmə imkanlarında məhrum edirik

Biz hər adımda təhlükələr ilə dolu müasir bir dünyada yaşayırıq. "Təhlükəsizlik hər şeydən üstündü” şüarı bizim övladı itirmək qorxumuzu daha da artırır və bu səbəbdən biz onları hər zaman qayğı ilə əhatə edirik. Avropalı psixoloqlar aşkar ediblər ki, əgər uşaqlar oynayan zaman yıxılmayıblarsa, onlar böyüdükləri zaman fobialarla yaşayarlar. Uşaq bir neçə dəfə yıxılandan sonra anlaya bilər ki, bu normaldır.
 
2. Biz çox tez bir zamanda uşağa kömək etməyə yetişirik


Biz çox tez bir zamanda uşağın köməyinə yetişməklə və hərtərəfli qayğı ilə əhatə etməklə, övladımızı çətin vəziyyətlərdən özbaşına çıxış yolunu axtarmaq imkanlarında məhrum edirik. Gec-tez uşaqlar onları kiminsə xilas edəcəyinə öyrəşirlər və düşünürlər ki, "Əgər mən səhv etsəm böyüklər mənim səhvimi düzəldəcəklər”.   

3.    Biz çox tez bir zamanda şövqümüzü ifadə edirik

Cəmiyyətdə özünə qiymət vermə tendensiyaları hər zaman mövcud olub. Bir çox valideynlər öz övladlarına məxsus olduqlarını onları hiss etdirir. Ancaq araşdırmalar göstərir ki,  bu metod uzun müddətli olmur və özünü doğurtmur.  Çünki, uşaqlar bir neçə müddətdən sonra anlayırlar ki, onları dəyərli sayan yalnız onun ata və anasıdır. Digər insanlar isə onu dəyərli hesab etmirlər və bu üzdən həmin uşaqlar ağır reallıqdan qaçmaq üçün vaxtaşırı yalan danışmağa, cığallıq eləməyə və hər bir şeyi şişirtməyə adət edirlər.

4. Biz təqsir hissinə görə yaxşı rəftarı örtürük

Övladınız sizi hər zaman sevməli deyil. Sizin övladınız gələcəkdə çoxlu çətinliklərin öhdəsindən gəlməli olacaq,  amma ərköyünlük buna maneə ola bilər. Ailədə bir neçə uşaq olanda adətən valideynlər övladların birinə hədiyyə verib digərinə verməyəndə bunu ədalətsizlik sayılar. Ancaq hamını və hər zaman mükafatlandırmaq qeyri-mümkündür. Bu cür əməllərlə biz övladımıza bir çox şeyin bizim saleh əməllərimizdən asılı olduğunu bildirmək  fürsətini əldən veririk. Övladınızı mükafatlandırmadan öncə təkrar fikirləşin. Əgər sizin münasibətləriniz yalnız maddi stimullar üzərində qurulubsa, o zaman övladlarınız nə daxili motivasiyanı nə də ki, şərtsiz məhəbbəti hiss etməyəcək.

 

5. Biz keçmişdə etdiyimiz səhvləri övladlarımıza danışmırıq

Övladlarınızla onun yaşında etdiyiniz səhvləri danışın. Uşaqlar çətinliklər ilə qarşılaşmağa hazır olmalıdırlar. Həmçinin etdiyiniz səhvlərdən çıxardığınız dərsləri və nəticələri də övladlarınıza izah edin.   

6.    Biz  zehin və istedad məhfumlarını yetkinlik ilə səhv salırıq

Valideyinlər çox zaman uşaqlarının intellektli olmasını onun yetkinliyə çatması ilə səhv salırlar  və nəticədə valideynlər hesab edilər ki, ağıllı uşaq real dünya həyatını yaşamağa artıq hazırdır.  Bu isə belə deyil. Övladınızın hər sahədə istedadlı olduğunu sanmayın. Çalışın övladınız həmyaşıdları ilə ayaqlaşaraq yaşasın, bunu isə yalnız həmyaşıdları arasında müşahidə apardıqdan sonra müəyyən etmək olar. Müşahidədən sonra isə övladınızına öz yaşına uyğun azadlıqlar və məsuliyyətlər verin.

7. Övladlarımızı öyrətdiyimizə özümüz əməl etmirik

Bir valideyin olaraq biz övladlarımız üçün istədiyimiz həyatın modelini təqdim etməliyik. Bunun üçün, ailənin lideri olaraq biz ətrafdakılarla münasibətlərdə dürüst olduğumuzu nümayiş etdirməliyik. Öz əməllərinizə, hətta xırda hərəkətlərinizə belə diqqət edin, çünki, uşaqlar onların hamısına fikir verir. Əgər siz özünüz qaydalara riayət etmirsinizsə, uşaqlar da elə hesab edəcəklər ki, onlar üçün də bu qaydalar lazımlı deyil. Başqalarına ləzzətlə və bütünlüklə kömək etməyi onlara göstərin. İnsanlar və yerləri sizdən əvvəl olduğundan daha da yaxşı edin və sizin övladlarınız da sizi təkrarlayacaq.




Загрузка...