AzTehsil.com

Xəbərlər / Ekspert / Manşet
21 iyun 2018
4 768

Dövlət ümumtəhsil məktəblərində ingilis dili bölməsinin açılması günün tələbidir.

Dövlət ümumtəhsil  məktəblərində  ingilis dili  bölməsinin açılması günün tələbidir.

Bildiyimiz kimi ölkəmizdə ümumtəhsil məktəblərində təqribən 1,5 milyondan bir qədər artıq şagird təhsil alır . Dövlət ümumtəhsil məktəblərində şagirdlər Azərbaycan,Rus və Gürcu bölmələrində təhsil alır ,özəl məktəblərdə isə Azərbaycan ,Rus bölmələri ilə yanaşı İngilis və Fransız bölmələri də fəaliyyət göstərir.

"Təhsildə keyfiyyət ili " elan olunan 2017/2018-ci tədris ili bitdi.Beynəlxalq fənn olimpiyadalarında şagirdlərimizin əldə etdiyi uğurlar son illərdə artmağa başlayıb və başa vurduğumuz tədris ilində bu uğurların sayının daha da artması sevindirici haldır. Bu istiqamətdə atılan addımların müsbət nəticələrində daha çox sevindirici amil , beynəlxalq fənn olimpiyadalarında medal qazanan şagirdlərin sayında artımla yanaşı ,həmin şagirdlərin əvvəlki illərdə olduğu kimi , "türk liseyləri” kimi tanıdığımız keçmiş " Çağ Öyrətim Şirkətinə” məxsus özəl liseylərin şagirdləri deyil ,məhz dövlət ümumtəhsil məktəblərinin ( xüsusiylə Fizika –Riyaziyyat və İnformatika təmayüllü və Kimya- Biologiya təmayüllü liseylərin ) şagirdlərinin üstünlük təşkil etməsidir.

Yola saldığımız tədris ilində " Təhsildə keyfiyyət ili” çərçivəsində daha bir uğur isə hələ sovet dövründə hər il keçirilən , son onilliklərdə demək olar ki,unudulan pedaqoji mühazirələrin bərpa olunması idi.Həmin müsabiqə bu günlərdə başa çatdı və qalibləri yəqin ki ayın sonuna qədər elan olunacaq.

Bəhs etdiyimiz 2017/2018-ci tədris ilinnin sonlarında,xüsusiylə Ceyhun Bayramovun təhsil naziri təyin olunmasından sonra ,əvvəlki illərdən fərqli olaraq ,müsabiqələr zamanı komissiyaların təhsil işçilərindən təşkil olunması da önəmli haldır.

Hal-hazırda növbəti 2018/2019-cu tədris ili üçün 1-ci siniflərə uşaqların qəbulu davam edir . Məhz təhsil nazirimin təklifi ilə parlamentdə Təhsil Qanununa edilmiş son dəyişiliklərdən biri olaraq , təhsil nazirinin 17.07.2013 – cü il tarixli, 739 № - li əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın qüvvədən düşürülərək , valideyinlərin arzusuna əsasən təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların birinci sinifə qəbuluna icazə verilməsi bu sahədə alqışlanmalı addımdır.

Bildirdiyimiz kimi, Azərbaycan Respublikasında ümumi təhsil müəssələrində toplam olaraq təhsil alan 1,5 milyondan artıq şagirdin 10%-ə qədər rus bölməsində təhsil alır. Övladlarının rus bölməsində təhsil almasını arzulayan və bununla bağlı müraciət edən valideyinlərin sayı ildən –ilə artmaqdadır.( Xüsusiylə şəhərlərdə)

Düşünürəm bunun iki əsas səbəbi vardır.Əvvəla rus bölməsində təhsil alan hər bir təhsilalan ana dili ilə yanaşı eyni zamanda rus dilini də bilmiş olur ki, bu amil gələcək həyatında və karyerasında böyük önəm daşıyır.Müstəqilliyimizin ilk illərində rus bölməsinin sıxışdırılması əslində doğru addım deyildi.( bu məsələ ayrıca bir mövzu olduğu üçün bunun üzərində çox durmayacağıq).

Digər tərəfdən rus bölməsinə tələbin artması Dövlət İmtahan Mərkəzi amili ilə bağlıdır.

Təhsilalanların cəmi 10% -nin rus bölməsində oxumasına baxmayaraq ,tələbə qəbulunun planlaşdırılması zamanı rus bölməsinə ayrılan yerlərin sayı ,ümumi yerlərin 30%-ə qədərini təşkil edir ki, rus bölməsini bitirənlər daha rahat istədikləri ixtisaslar üzrə ali məktəblərə qəbul olunur. Əgər düşünsək ki, ali və orta ixtisas təhsilli müəssəllərinə qəbul yerləri təhsil alanların sayına uyğun proposyanal qaydada ayrılmalıdır, onda rus bölməsinə ayrılmış əlavə 20% yerin azərbaycan bölməsinin hesabına ayrıldığı göz önündədir.

Hal-hazırda ümumtəhsil məktəblərində rus bölməsinə axının qarşısını almaq üçün qeyri-rəsmi olaraq məhdudiyyıtlər tətbiq olunur.( yer yoxdur ,limit dolub və s). Bu da vətəndaşların konistitusyon hüquqlarının pozulması deməkdir. Təhsil Qanunun 34-cu maddəsinin (Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri ) 1.1-ci bəndində deyilir:” yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək valideyinin hüququdur.

Rus bölmələrinə uşaqların qəbuluna tətbiq edilən qeyri-rəsmi məhdüdiyyətlərin bir səbəbi va ki, bu da həmin bölmə üzrə pedaqoji kadr qıtlığıdır. Vəziyyəti balanslaşdırmaq üçün ADPU və digər pedaqoji profilli təhsil müəssələrində rus bölməsi üzrə yerlərin sayını artıqmaq mümkündür. Bir çox hallarda hətda bu sahədə təhsil ali təhsil alanlar rus dilini bildikləri üçün qeyri-təhsil sektorunda daha yüksək əmək haqqı ilə iş tapa bildikləri üçün MİQ-ə müraciət etmirlər.

Dövlət ümumtəhsil müəssələrində ingilis bölməsinin açılması ( ən azı müxtəlif şəhərlər üzrə pilot layihə olaraq) və bu bölmə üzrə istər ADPU ,istərsə də pedaqoji sahədə kadr hazırlayan dövlət universitetlərimizdə kadr hazırlanmasına başlanması günün tələbidir. Biz təhsilalanlara müxtəlif dillərdə təhsil almaq imkanı yaratmaqdan çəkinməməliyik,əksinə bu sahədə işlər görmək üçün ali təhsil müəssələrimizi təşviq etməliyik.

Buna qanunvericilik də yol verir.( Bax Təhsil Qanunu 7-ci maddənin 2-ci bəndi "Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər”.
Elşən Qafarov

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Sonu bitməyən DİM-TN  mübarizəsi

Sonu bitməyən DİM-TN mübarizəsi

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

6 yaşı tamam olmayan uşaqlar da birinci sinfə  gedəcəklər.