AzTehsil.com


Xəbərlər / Ekspert
24 sentyabr 2017
4 065


Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.



 

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.
 

Son günlər DİM-nin 2019-cu ildən başlayaraq tələbə qəbulu prosesində köklü dəyişilklərin olacağı ilə bağlı məlumatı təhsilverənlər,təhsilalanlar və valideyinlər arasında böyük marağa səbəb olmuşdur.

Bildiyiniz kimi test üsulu ilə imtahanların götürülməsi 1992-ci ildən ölkəmizdə tətbiq olunur.Ötən 25 il ərzində test imtahanının keçirilməsi prosesində bir neçə dəfə cüzi dəyişiliklər olsa da ( bu dəyişiliklər qrupların artırılması və s) ,qonşu Rusiya Federasiyasında olduğu kimi Vahid Dövlət İmtahanına keçidlə bağlı müzakirələr 2012-ci ildən davam edir.Nəhayət ki,DİM gözlənilən qərarı gec də olsa verə bildi.
İlk öncə RF-də ümumtəhsil məktəblərində buraxılış və qəbul imtahanlarının hansı formada keçirilməsinə nəzər salaq.

Qonşu ölkədə IX və XI sinif üzrə buraxılış imtahanları 2 gün təşkil olunur.1gün məzunların ( eyni zamandahər birinə 1 saat ayırmaqla inşa,imla və ifadə yazılır) yazı vərdişləri 3 saat ərzində yoxlanılır.Başqa bir gün isə IX siniflər ana dili və riyaziyyatdan ,XI siniflər ana dili,riyaziyyat və xarici dildən testlə imtahan verirlər.

IX siniflər üçün ana dili və riyaziyyat məcburidir və daha 2 fənni məzun özü seçməlidir.( seçməmək imkanı yoxdur).Həmin IX sinif məzunları könüllü olaraq çeçdikləri digər iki fənn elə fənlər olmalıdır ki, məzun həmin istiqamətdə kolleclərə ( texnikumlara) sənəd verə bilsin və ya tam orta təhsil pilləsində həmin təmayül üzrə təhsilini davam etdirsin.

XI sinif məzunları da bir gün yazılı ( IX sinif məzunları ilə eyni qaydada) imtahan verirlər.Digər bir gündə 6 fəndən test üsulu ilə imtahan verirlər.Ana dili,riyaziyyat və xarici dil məcburidir.Ali məktəbə sənəd verənlər seçdikləri ixtisaslara uyğun olaraq 3 fənn seçməlidirlər.

Yekun nəticəyə əsasən məzunlar ali məktəblərə sənəd verə bilirlər.Bir çox hallarda isə yekun nəticə ilə tanış olan ali məktənlər daha yaxşı nəticə göstərmiş məzunlara müxtəlif güzəştli proqramlar çərçivəsində onların ali təhsil müəssəsində oxumaq təklifləri göndərirlər ki ,bu da ali məktəblər arasında daha savadlı abuteryentləri cəlb etmək üçün rəqabətə əsaslanan mühitin yaranmasına gətirib çıxardır.

DİM-nin elan etdiyi ciddi dəyişilikləri VDM-ə (Vahid Dövlət İmtahanına) keçid yolunda yarımçıq addım adlandırmaq olar.Bir ay ərzində məzunların 2 dəfə onların gələcək həyatlarında önəm daşıyan imtahanın eyni təşkilat tərəfindən keçirilməsi zamanı gənclərimizin necə böyük psixoloji stress və travma yaşadıqları haqqında kifayət qədər deyilib.

Fikrimcə DİM 2019-cu ildə 3 fəndən buraxılış ,daha 3 fəndən isə qəbul imtanı keçirtməkdənsə buraxılış və qəbul imtahanlarını birləşdirilməsi daha optimal variant olardı.

Göründüyü kimi hələ 2012-ci ildən Rusiya Federasiyasının təhsil sistemində tətbiq olunan yeniliklərin 7 il sonra Azərbaycan təhsilində təqribən eyni variantda tətbiq olunması əslində yenilik deyil,gecikmiş bir addımdır.

Bütün bunlara rəğmən DİM fəaliyyət göstərdiyi 25 il ərzində imtahanların keçirilməsində şəffavlığı qoruya bilən ,böyük təcrübəsi olan bir təşkilatdır. Məzunların ediləcək dəyişiliklərlə bağlı vaxtında maarifləndirilməsi yolunda ciddi addımların atılacağını düşünürəm .

Elşən Qafarov .Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib