Xəbərlər, Pedoqojitəcrübə, MÜƏLLİM
24 noyabr 2017
2208

Sonu bitməyən DİM-TN mübarizəsi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Ali və orta ixtisas təhsil müəssələrinə qəbul ilə bağlı 1992-ci ildən tətbiq olunan test  üsulu ilə imtahanların keçirilməsi, keçən 25 il ərzində cəmiyyətin bütün təbəqələri tərəfindən müsbət qarşılanmaqdadır. Bunun əsas səbəbi qəbul zamanı neqativ halların köklü şəkildə aradan qaldırılması, şəffaflığın təmin olunması yolunda ciddi dəyişilik olan test üsulu ilə olan qəbul imtahanları, ölkənin bütün sosial zümrələri üçün əlçatımlı olmasıdır.


Təqribən 20 ilə yaxındır ki, davam edən TQDK ( indi DİM ) ilə TN arasında mövqe mübarizənin -onlar arasında  "soyuq müharibə” təhsilimizin ən böyük problemlərindən biri olaraq qalmaqdadır.


Ümumi təhsil məktəblərində təhsil mühitininin pozulmasının əsas səbəblərindən biri olan DİM-TN qarşıdırması eyni zamandır illərdir ölkəmizdə  həm də təhsil sisteminnin yaranmasında ən böyük manelərdən biridir desək yanılmarıq. 


DİM-TN qarşıdurmasının ümumtəhsil məktəblərində təhsil mühitini pozmasının bir çox nüanslarına diqqət edək:


-ilk olaraq ümumtəhsil məktəblərini bitirərək ali və orta ixtisas təhsil müəssələrinə qəbul olunmaq istəyənlər illərdir ki, məktəbi Təhsil Nazirliyinin hazırladığı proqramlar,həmin proqramlara uyğun olaraq hazırlanmış dərsliklərlə oxumaqlarına baxmayaraq, qəbula DİM-in hazırladığı proqramlar, həmin proqramlara uyğun hazırlanmış vəsaitlərlə hazırlaşmalı olurlar.


-DİM-in hazırladığı vəsaitlər insafən TN-nin hazırladıqları dərsliklərə nisbətən elmiliyi, anlaqlıqlığı ilə müsbət mənada həmişə fərqlənib. Təhsil Nazirliyinin hazırladığı dərsliklərin ərsəyə gəlməsi zamanı yol verilən   texniki, pedaqoji və elmi səhvlərə nisbətən DİM-in hazırladıqları vəsaitlərin daha çox qəbul edilməsinin əsas səbəbi qəbul imtahanlarının mövzuları ilə bir başa uyğun olmasıdır. Əslində bu hal DİM-TN mübarizəsində DİM tərəfindən  ədalətsiz taktika kimi qiymətləndirilə bilər.


-Bu mübarizədə DİM-ə üstünlük gətirən əsas cəhət qəbul imtahanları zamanı istifadə olunan testlərin DİM-in özü tərəfindən hazırlanmasıdır.

 

Fikir verin: proqramlar, vəsaitlər həmçinin testlər eyni tərəfdə  hazırlanır. DİM-i güclü edən də məhz bu amildir.


Bu amilin mənfi cəhətləri nədir ?


-Dünya təcrübəsində bütün istiqamətlər üzrə ( işə qəbul,təhsil müəssələrinə qəbul,attestasiya və s) testlər intellekt səviyyələrinə görə hazırlanır. İntellekt səviyyəsinə görə də testlər hazırlanarkən səviyyə faizlərinə mütləq əməl olunur.


İntellekt səviyyəsinin faizləri aşağıdakı kimidir:


-yüksək istedadlılar toplumun 2,2 %-ni təşkil edir;

-istedadlar toplumun 6,7 %-ni təşkil edir;

-yüksək qabiliyyətlilər toplumun 16,11%-ni təşkil edir;

-orta səviyyəlilər toplumun 50%-ni təşkil edir  ( bu göstərci 2 hissəyə- 25% orta səviyyədən yuxarı, 25%-i isə orta səviyyədən aşağı  hissələrə bölünür);

-qabiliyyəti olmayanlar isə toplumun 25%-ni təşkil edir;

 

Göründüyü kimi toplumun  intellekt səviyyəsini ölçərkən bu faiz dərəcələrinə əməl olunmalı, hazırlanan testlərin ağırlıq dərəcələri müəyyən edilərkən mütləq nəzərə alınmalıdır.

 

Bu istiqamətdə DİM necə mövqe tutur?- Testlərin ağırlıq dərəcələri ümumi təhsil pilləsini bitirən məzunların intellekt səviyələri ilə uzlaşmır.

 

Daha doğrusu, DİM-in təşkil etdiyi imtahanlarda testlər daha çox yüksək istedad və istedadların, qismən də yüksək qabiliyyətli təhsilalanların  intellekt səviyyələrinə uyğun hazırlanır. Məhz buna görədir ki, toplum arasında daha çox populyar olan ixtisaslara düşmək üçün 600 və daha çox bal toplamaq lazım olur.


Qəbul imtahanlarının testlərinin yüksək istedad və istedad kateqoriyasına daxil olanların intellekt səviyyəsinə görə hazırlanması ümumtəhsil məktəblərinin proqram və dərslikləri ilə həmin səviyyəyə  hazırlaşmağı mümkünsüz etdiyindən  təhsilalanlar özəl kurslara və repititorluğa üz tutmağa məcbur olurlar. Bunun səbəbini bir çoxları məsələnin mahiyyətinə varmadan  birbaşa müəllimlərdə, ümumi təhsil məktəblərində Təhsil Nazirliyində görərək ciddi ittihamlar irəli sürürlər. Əslində bu faktor DİM-in TN-ni  küncə sıxışdırdığı, özünü daim üstün göstərmək istədiyi əsas vəziyyətlərdən biridir.


Ümumi təhsil müəssələrində təhsil alanların 10%-ə qədəri  rus bölməsində təhsil almasına baxmayaraq, tələbə qəbulunda rus bölməsini bitirmiş məzunlara 30%-dən bir qədər artıq yer ayırması da maraq doğuran mövzulardan biridir.


Araşdırmalar zamanı məlum olur ki, toplum arasında daha çox populyar olan ixtisaslara tələbə qəbulu zamanı eyni miqdarda yer ayrılır.

 

Göründüyü kimi, ümumi təhsil müəssələrində təhsil alanların 10%-ə qədərinin  rus bölməsində təhsil almasına  baxmayaraq, tələbə qəbulunda rus bölməsini bitirmiş məzunlara 30%-dən bir qədər artıq yer ayrılması eyni zamanda azərbaycan bölməsində guya tədrisin zəif təşkil olunması haqqında fikir formalaşdırır.

 

Digər tərəfdən rus bölməsinin əsasən paytaxtın ümumi təhsil məktəblərində təşkil olduğundan ali və orta ixtisas məktəblərinə qəbul zamanı ucqarlarda təhsil alanların paytaxtda təhsil alanlara nisbətən daha az qəbul olunma şansı olur ki, bu da ölkə təhsilinin süni olaraq rayon-paytaxt təhsilinə bölünməsinin şərtləndirən amillərdən  biri ( Bu amilin yaranmasına TN-nin də illərdir ki, kadr siyasətində ( MİQ) yanlış siyasəti olan rayon müəllimləri üçün aşağı keçid balı müəyyən etməsi də az rol oynamır.

 

Bu başqa bir araşdırma mövzusu olduğundan məsələyə başqa bir məqalədə geniş aydınlıq gətirməyə çalışacam) olsa da əslində DİM-in TN-ə solaxay zərbəsi kimi də dəyərləndirmək olar.


Yaranmış vəziyyəti necə çözməli? İllərdir davam edən,  mənasız, amma təhsilimizi, təhsilimizin timsalında  millətimizin və dövlətimizin gələcəyini kökündən baltalayan DİM və TN arasında mövqe mübarizəsinə ( "soyuq müharibə”yə ) necə son qoymalı?


Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi orqanı, DİM isə yarandığı 25 il ərzində təhsil sahəsində müstəsna xidmətləri olan dövlət təşkilatıdır.


Problemin həlli fikrimcə çox sadədir:


1.Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına və ya birbaşa Prezident Aparatına tabe olan Testalogiya Mərkəzi yaradılması-belə olduğu halda imtahanlar beynəlxalq təcrübdə olduğu  kimi test imtahanları intellekt səviyyələrinə uyğun hazırlanacaq. DİM publik şəxs olaraq imtahanların texnik olaraq təşkil edilməsi və keçirilməsinə cavabdeh olacaq. Testalogiya Mərkəzinin yaranması DİM-in səlahiyyətlərinin azalması kimi qəbul edilməməlidir. Daha domakratik və şəffaf mexanizmin yaranması ilə DİM-in TN-ə təzyiq vasitələri əlindən alınmaqla əslində hər iki tərəfin "silahsızlaşdırılması” ilə sülh yaratmaq, bununla da "soyuq müharibə”yə son qoymaqla ümumtəhsil məktəblərində təhsil mühitini bərpa etmək, təhsilimizin inkişafını ən böyük əngəldən xilas etmək mümkün olacaq.

 

2. Vaxtı uzatmadan, yəni mərhəlli şəkildə deyil birbaşa 2018-ci ildən Vahid Dövlət İmtahanına keçirilməsi ali və orta ixtisas təhsili almaq istəyən məzunların qısa bir müddətdə  bir neçə imtahan stresindən qurtarmış olacaq. VDİ, onun təşkili və VDİ-yə birbaşa keçidin əhəmiyyəti haqqında növbəti araşdırmalarımızda aydınlıq gətirməyə çalışacağam.


Qeyd: Yuxarıda bildirdiyim fikirlərlə bağlı mövqelərinizi, fikirlərinizi, əlavə və iradlarınızı elsan_qafarov@mail.ru  elektron ünvanıma göndərə bilərsiniz. Bu mövzuda  geniş fikri olanların məqalələrini Aztehsil.com saytında işıqlandırmağa hazırıq.

 

Elşən Qafarov. Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.Aztehsil.com saytının rəhbəri





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün...  ARAŞDIRMA

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün... ARAŞDIRMA

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları