Xəbərlər / İKT / Texnologiya
23 yanvar 2018
2 765


Dünyanın ən nazik noutbuku təqdim edildi

Dünyanın ən nazik noutbuku təqdim edildi

"Acer” şirkəti "CES 2018” sərgisi çərçivəsində dünyanın ən nazik noutbuku "Swift 7”-ni təqdim edib.


Məlumata görə, cihazın bağlanmış halda eni cəmi 8,9 millimetr təşkil edir. 


"Swift 7” futuristik dizayna malikdir və virtual olaraq böyüdülmüş mobil telefonu xatırladır. Olduqca kiçik ölçülərinə baxmayaraq, cihaz müasir texniki xüsusiyyətlərə malikdir. Bunların arasında dördüncü nəsil internet modul və yeni nəsil "İntel Core i” prosessorunu qeyd etmək lazımdır.


Cihazın təxmini olaraq 1700 dollar qiyməti var. Bu səbəbdən cihaz premium cihazlar seriyasına daxildir. Onun özəllikləri arasında həmçinin müasir 256 Gb SSD diskini, 8 Gb əməliyyat yaddaşını və displeyin yuxarı paneli hissəsində yerləşən daktiloskopik sensoru qeyd etməyə dəyər. Cihaz cari ilin mart ayında satışa çıxarılacaq.  

Məqalə Göndər








Загрузка...