AzTehsil.com


Xəbərlər
11 oktyabr 2017
2 103


Müəllimə “yekəqarın” deyən yekəbaşlar...



 

Seymur Verdizadə

 

Bu il 209 balla Memarlıq və İnşaat Universitetinə qəbul olan gənclərin tikdikləri körpülərdən keçmək üçün cəmi bir neçə il səbr etmək lazımdır. Həmin vaxt övladlarımızın təlim-tərbiyəsi ilə 244 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olan müəllimlər məşğul olacaq. Ömür vəfa etsə, biz həm də güc-bəla ilə topladıqları 150 balla menecment ixtisasına qəbul olan gənclərin iqtisadiyyatımızı necə "çiçəkləndirdiklərinin” şahidi olacağıq...


Ali məktəblərə qəbul balları ilbəil aşağı düşür. Oxumaq, elmin sirlərinə yiyələnmək istəyən gənclərin sayı sürətlə azalır. Çox adam attestatla Türkiyənin, Ukraynanın, qonşu Gürcüstanın universitetlərinə daxil olmağa üstünlük verir. Təhsildə aparılan islahatların gözlənilən effekti verməməsi Təhsil Nazirliyinin rəhbərliyini hədəfə çevirib.  Gözünü yumub, ağzını açanların sayı günbəgün çoxalır.

Sağlam tənqid inkişafın rəhnidir. Hər bir dövlət qurumu, o cümlədən, Təhsil Nazirliyi tənqidə açıq olmalı, cəmiyyətin səsini eşitməli, ağıllı, səmərəli təklifləri nəzərə almalıdır. Amma tənqid edən şəxs də obyektiv olmalı, içindəki qərəzi, kini boğmalı, ümumi prosesə zərbə vurmamalıdır. Çox uzağa getməyək, 10-cu siniflərin "Tarix” dərsliyi ilə bağlı qalmaqal hələ də davam edir. 


Hansı ki, nazirlik məsələyə rəsmi münasibət bildirdi, başıbəlalı dərslik orta məktəblərdən yığışdırıldı, "Şərq-Qərb” nəşriyyatı yeni dərslik çap edib məktəblilərin ixtiyarına verdi. Sözsüz ki, bu, Azərbaycan cəmiyyətinin həssas reaksiyası sayəsində mümkün oldu. Mən cəmiyyətimizi həmişə belə həssas, ayaq üstə görmək istəyirəm. Problem həll olunduğu üçün bu məsələni qapatmağın vaxtı çatmayıbmı? Təhsili, təhsil müəssisələrini linç etmək bizə nə verəcək?

 

Gəlin, açıq danışaq: uşaqlar oxumurlar. Ya da öz sələfləri ilə müqayisədə çox az oxuyurlar. Bu, təkcə Təhsil Nazirliyinin günahıdır? 

Düzdür, nazirlik şagirdləri oxumağa təşviq etməli, ən müxtəlif metodlarla onların elm qazanmasını təmin etməlidir. Biz valideynlər isə bu prosesdə yaxından iştirak etməliyik. Edirikmi? 

 

Mən də daxil olmaqla kişilərin 90 faizi ayaqlarını ildə bir dəfə də məktəbə qoymurlar. Evdə uşağın dərsi ilə maraqlanan valideynlərin sayı da çox deyil. Aydın məsələdir ki, valideyn divana yayxanıb düşük seriallara baxanda, uşaq dərsə hazırlıqsız gedəcək.

Bu barədə əvvəllər də yazmışam: rəhmətlik nənəm yazıb-oxumğı bacarmasa da, hər gecə bizə bir nağıl danışırdı. Məndə ədəbiyyata, kitaba marağı nənəm oyadıb. Müasir baba və nənələrin neçəsi nağıl bilir? Neçə nəfər hər gecə öz nəvəsinə nağıl danışır? Səhər işə gedəndə nərd oynayan kişilərin axşam evə qayıdanda domino daşlarını masaya çırpdıqlarının şahidi oluram...

 

Sözümün canı var: məktəbi məzhəkə obyektinə çevirmək olmaz! Məktəbin alternativi dini fanatizmin tüğyan etdiyi Aşura mərasimləridir. Siz uşaqları məktəbdən soyudanda, onlar dini fanatizmin tüğyan etdiyi məclislərdə boy göstərəcəklər...

Polisə, prokurora, vergi işçisinə, gömrük əməkdaşına söz deyə bilməyənlər müəllimlərə dil uzadırlar. İki gün əvvəl evdə telekanalları dəyişəndə ATV-də efirə gedən "Qardaşlar” serialında bir cümlə güllə kimi qulağımı yalayıb keçdi: 

 

"O yekəqarın müəllim hara getdi?” 10-cu sinfin "Tarix” dərsliyindəki qüsura görə müəllifləri çarmıxa çəkməyə hazır olan dostlarımız bu cür tərbiyəsiz ifadəni dilinə gətirən yekəbaşlara niyə etiraz etmirlər?

 

Əlində silahı, inzibati gücü olmayan müəllimə daş atmaq qəhrəmanlıq deyil. O, həmin adamdır, heç dəyişməyib. Orta məktəb illərində qayğımıza qalan, telimizə sığal çəkən doğma, əziz müəllimdir. Biz isə bığlı-saqqallı kişilərik. Özümüzü uşaq kimi aparmağa haqqımız yoxdur...


 




Загрузка...
Həmçinin oxuyun:
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Orta attestat balı “5” olan 50-yə yaxın şagird peşə təhsili alacaq

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Göyçayda tarix müəlliməsi şagirdin başını partaya vuraraq üz-gözünü qaraldıb-rəzalət

Göyçayda tarix müəlliməsi şagirdin başını partaya vuraraq üz-gözünü qaraldıb-rəzalət

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"