AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
25 noyabr 2025
1 167

REKTOR Özbəkistanda formda çıxış edib



Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” tədbirində çıxış edib.


AzTehsil.com xəbər verir ki, “Building a globally recognised university from the region: Strategies and success stories” adlı panel müzakirələrdəki çıxışında və moderatorların suallarına cavabında rektor BMU-nun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi, qlobal reytinqlərdə mövqelərinin gücləndirilməsi, tədrisdə keyfiyyət təminatı və innovasiya yönümlü mühitin formalaşdırılması sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb. Bildirib ki, universitet region üçün aktual məsələlərin həllində-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, enerji səmərəliliyi, yaşıl enerji, su təchizatı və tullantıların idarə olunması sahələrində fəal iştirak edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iri layihələr-azad edilmiş və digər ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur və yüksək texnologiyalı sənaye parklarının inkişafı barədə məlumat verən rektor bütün bunların BMU üçün də geniş tədqiqat və innovasiya imkanları açdığını deyib. Bu baxımdan 6000-dən çox tələbə və müəllimə innovativ xidmətlər təqdim edən, startap layihələrini reallaşdıran və beynəlxalq akkreditasiyaya malik BMU Texnoparkının fəaliyyətinə toxunan Yaqub Piriyev bildirib ki, Texnopark ekosistemi 30-dan artıq aktiv startap və innovasiya yönümlü inkişaf istiqamətlərini əhatə edir. Bunların əksəriyyəti “ağıllı şəhər” və “ağıllı kənd” sahəsinə aid olan layihələrdir.


BMU tələbələrini beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etmək üçün süni intellekt, robototexnika və ağıllı texnologiyalar sahəsində təhsil proqramlarının daim yeniləndiyini vurğulayan rektor universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun tədbirlərini, o cümlədən BƏƏ Universiteti ilə birgə görülən işləri qeyd edib.


Yaqub Piriyev nəzərə çatdırıb ki, son iki ildə nüfuzlu reqytinqlərdə mühüm irəliləyiş əldə edən BMU, həmçinin beynəlxalq əməkdaşlıq vasitəsilə mühəndislik təhsilini dünya standartlarına uyğunlaşdırır. Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti ilə həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq təhsil imkanı, praktiki bacarıqlar və dünya bazarında rəqabətqabiliyyətlilik qazandırır. Dünyaca məşhur alimlərin iştirakı ilə keçirilən master-klaslar, modul dərslər və elmi-tədqiqat institutlarının yaradılması universitetin təhsil, eləcə də tədqiqat potensialını gücləndirir. Bu, məzunları yalnız praktiki bacarıqlarla deyil, həm də elmi potensialla təmin edir və Azərbaycanın milli sənayesinin inkişafına bilavasitə dəstək olur.


BMU-nun həm regional inkişaf layihələrinə töhfə vermək, həm də tələbələri dünya səviyyəsində rəqabətqabiliyyətli mühəndislər kimi yetişdirmək üçün görülən digər işləri də vurğulayan rektor bu sırada elmi-tədqiqat fəaliyyəti, eləcə də akademik heyətin gücləndirilməsi, beynəlxalq təhsil imkanlarının genişləndirilməsi və s. qeyd edib.


25-26 noyabr tarixlərində keçirilən “QS Avrasiya Forumu 2025” regionun ali təhsil müəssisələrinin inkişafına və qlobal akademik rəqabətliliyin artırılmasına xidmər edir.  Forum universitetlərin təcrübə mübadiləsini,  təhsildə keyfiyyətin  yüksəldilməsini, innovasiya və startap ekosistemlərinin inkişafını,  həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Tədbirə beynəlxalq təşkilatların nümayəndələri, akademik ekspertlər, təhsil sahəsində lider şəxslər qatılıblar.



Həmçinin oxuyun:
Amerikanın ən yaxşı universitetləri

Amerikanın ən yaxşı universitetləri

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

Prezident Horovlu kəndində sakinlərlə GÖRÜŞÜB

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

Peşə təhsili və ali təhsil sahələrində əməkdaşlıq...- ƏTRAFLI

Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə

Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir