Fizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda institutun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
AzTehsil.com xəbər verir ki, bu barədə institutdan məlumat verilib. İnstitutun baş direktoru akademik Arif Həşimov Fizika İnstitutunun 80 illik fəaliyyəti haqqında məlumat verib.
Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib.
AMEA üzvləri Akif Əlizadə, Misir Mərdanov və Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov və Abel Məhərrəmov təbrik nitqləri ilə çıxış edirlər.
Tədbirin sonunda ölkə daxilində və xaricdən onlayn formatda 10-dan artıq elmi-tədqiqat və ali təhsil müəssisəsini təmsil edən şəxslərin təbrik nitqləri səsləndirilib.
Fizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans öz işini davam etdirir.![]()









