AzTehsil.com


Xəbərlər
11 may 2019
2 153


Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər



Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

 

 
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ixtisaslaşdırılmış magistr dissertasiya müdafiə şurasının sədrləri ilə görüş keçirib.

Akademik Akif Əlizadə görüşün ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini söyləyərək Ulu Öndərin elm və təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə elmin, təhsilin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrlar hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. Ulu Öndər elmə, alimlərə həmişə yüksək qiymət verib. AMEA-nın inkişafının böyük bir mərhələsi bu dahi şəxsiyyətin adı ilə birbaşa bağlıdır.

Akif Əlizadə AMEA-da yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü gücləndirmək və AMEA-nın uğurlu inkişafında rollarını artırmaqdır.

Akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun tarixində ən mühüm yeniliklərdən olan magistratura pilləsinin kadr potensialının artırılması və ixtisaslaşma səviyyəsinin yüksəldilməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Bildirib ki, akademiyada həyata keçirilən magistratura təhsili ali məktəblərdən fərqlidir: "AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçərək elmin son nailiyyətləri ilə tanış olur, görkəmli alimlərlə ünsiyyət qururlar”.

Akademik magistratura pilləsində kəmiyyət deyil, keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsinə ehtiyac olduğunu deyib, məsul şəxsləri bu prosesdə fəal iştirak etməyə çağırıb. Bildirib ki, magistrantların hər birinə yüksək tələbkarlıqla yanaşılmalı, onlara dünya elminin tələblərinə cavab verən istiqamətlərdə tədqiqat aparmaları üçün dəstək göstərilməlidir. AMEA-nın prezidenti, həmçinin diqqətə çatdırıb ki, cari ildə 12 ixtisaslaşdırılmış magistr dissertasiya müdafiə şurasında 63 magistrantın müdafiəsi təşkil olunacaq.

Daha sonra doktorant və dissertantların minimum imtahanlarının nəticələrinə dair müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev və digərləri çıxış ediblər.

 



Загрузка...
Həmçinin oxuyun:
AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Akademiya əməkdaşlarına şad xəbər - Yaşayış kompleksi tikiləcək

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Nərgiz Paşayeva vitse-prezident seçildi

Nərgiz Paşayeva vitse-prezident seçildi

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA-da magistrantların sessiya imtahanları başlanıb

AMEA-da magistrantların sessiya imtahanları başlanıb

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək