AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
03 noyabr 2025
1 068

“Yeyinti faktı yalnız pul itkisi deyil, gələcək nəsillərə zərbədir”



Təhsil sistemi kimi strateji əhəmiyyətli bir sahədə baş verən yeyintilər və sui-istifadə halları sadəcə bir şəxsin qanun pozuntusu deyil bu, cəmiyyətin gələcəyinə, dövlətin təməl dəyərlərinə zərbədir. Son günlər məktəb direktorlarının vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlər, xüsusilə Sabirabad rayonunda 100 min manatlıq yeyinti iddiası, bir daha göstərir ki, problem fərdlərdə deyil, sistemdədir.


AzTehsil.com bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 


171663Müsahibimiz qeyd edib ki, hər bir yeyinti faktının arxasında onlarla müəllimin əziyyəti, yüzlərlə uşağın hüququ, minlərlə valideynin inamı dayanır:


"Əgər təhsilin rəhbərliyinə gətirilən şəxslər, dövlətin və cəmiyyətin onlara verdiyi etimadı bu cür sui-istifadə ilə cavablandırırlarsa, onların sadəcə işdən çıxarılması məsələnin mahiyyətini dəyişmir. Çünki yeyinti varsa bu, inzibati yox, cinayət məsuliyyətidir. Belə hallarda hüquq-mühafizə orqanları dərhal prosesə qoşulmalı, ən xırda detalına qədər araşdırma aparmalı və nəticədə həmin şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki təhsildə korrupsiya gələcəyin oğurlanması deməkdir.


Düşünmək lazımdır ki, hər bir yeyinti faktının arxasında onlarla müəllimin əziyyəti, yüzlərlə uşağın hüququ, minlərlə valideynin inamı dayanır. Bu etimadı itirmək asandır, bərpa etmək isə illər tələb edir. Ona görə də, direktorun işdən çıxarılması sadəcə başlanğıc addımdır. Əgər bu hadisələrin arxasında duracaq şəffaf, məsuliyyətli və hesabatlı bir idarəetmə sistemi qurulmazsa, sabah eyni mənzərəni başqa rayonda, başqa məktəbdə görəcəyik".


Təhsildə yeyintiyə, sui-istifadəyə və özbaşınalığa qarşı ən sərt addımlar atılmasa, heç bir islahat, heç bir yenilik nəticə verməyəcək:


"Məncə, məktəb rəhbərlərinin fəaliyyətinə nəzarət mütləq şəkildə ictimailəşdirilməlidir. Büdcə vəsaitlərinin xərclənməsi, ianələrin yönləndirilməsi, tenderlər, əməkhaqları bütün bu məlumatlar açıq platformada, ictimai nəzarətə təqdim edilməlidir. Cəmiyyətin, xüsusilə valideyn və müəllim icmalarının bu prosesə real şəkildə cəlb olunması korrupsiyaya qarşı ən təsirli mexanizmdir.


Digər tərəfdən, direktor təyinatı mexanizmləri də köklü şəkildə yenilənməlidir. Təhsil müəssisəsinə rəhbərlik etmək sadəcə idarəçilik bacarığı deyil, eyni zamanda şəffaflıq, vicdan və məsuliyyət məsələsidir. Bu vəzifəyə gələn şəxs cəmiyyətin etimad simvoluna çevrilməlidir, qorxu və ya şəxsi maraq mərkəzinə yox.


Yekunda bir həqiqəti açıq demək lazımdır: təhsildə yeyintiyə, sui-istifadəyə və özbaşınalığa qarşı ən sərt addımlar atılmasa, heç bir islahat, heç bir yenilik nəticə verməyəcək. Biz müəllimi, şagirdi, valideyni dəyişə bilərik, amma sistem dəyişməsə, təhsil öz inam gücünü itirəcək. Buna görə də hər belə hadisə dərs olmalı, cəzasızlıq mühitinə son qoyulmalıdır.


Təhsil o sahədir ki, burada bağışlanma yoxdur. Çünki burada söhbət pullardan yox, gələcəkdən gedir. Və gələcəklə bağlı məsuliyyətsizlik - ən böyük cinayətdir".



Həmçinin oxuyun:
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

“Ciddi dəyişikliklər olacaq” - İsa Həbibbəyli dövlətin təhsil sahəsi ilə bağlı planlarını açıqladı

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu