AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
03 noyabr 2025
1 020

Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib

Pedaqoji Universitetin Quba filialında Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib

AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycanla yanaşı, Pakistan, Qazaxıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev bildirib ki, tədbir yeni bir formatda təşkil olunub. Əvvəlcə filialın kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının (Hacıyev) hazırladığı “Ulu Turanın həmrəylik notları” mövzusunda məruzə dinləniləcək, sonra mövzu ətrafında müzakirələr aparılacaq. Filialda davamlı şəkildə təşkil olunan, seminar, təlim və digər təhsil və maarifləndirici tədbirlər barədə ümumi məlumat verən direktor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyaları rəhbərlik etdiyi təhsil müəssisə və peşəkar kollektiv üçün mənəviyyat mayakıdır. 

Məruzədə Turançılıq ideologiyasının ortaya çıxması, XX əsrin əvvəllərində Osmanlı imperatorluğunun və Qacar Xanədanlığının qarşılaşdıqları sıxıntılar, o cümlədən Böyük İpək Yolunun tarixi, müasir dövrdə bu dəhlizin yenidən gündəmə gəlməsi, Türk Dövlətləri Təşkilatının ümumi liderliyi ilə Orta dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin Avrasiya üçün nəfəsliyə çevrilməsi, TRASEKA proqramından Zəngəzur dəhlizinə qədərki zaman kəsimində bölgəmizdə baş verən bütün proseslərə, həmçinin perspektiv layihələrə toxunulub. Monitor üzərində fərli dövrlərə aid xəritələr, sxemlər, real fotolar əsasında fikir və mühakimələrini əsaslandıran məruzəçi bildirib ki, hazırda ulu Turan coğrafiyasında sülh və inkişaf notları eşidilir. Türk dövlətlərinin ortaq milli sərvəti olan bu geosiyasi reallığın müəllifi, yaradıcısı və müdafiəçisi Müzəffər Ali baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Zəfərdir. 

Sonra professor Yusif Alıyev, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Aziza Koşerbayeva, Cizzax Dövlət Pedaqoji Universitetinin Rus dili fakültələrarası kafedrasının müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Cəlalov Marlen, Qərbi Kaspi universitetinin doktorantı, pakistanlı Şeraz Mahmood, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, dosent Raqif Qasımov, Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbin direktoru, Sevil Allahverdiyeva məruzə ətrafından fikir və mülahizələrini bölüşüblər.

Bütün qonaqlar çıxışlarında qeyd ediblər ki, təqdim olunan məruzə qlobal prosesləri özündə əks etdirməklə bərabər ümumilikdə Quba filialındakı intellektual potensialın göstəricisidir. 

Qeyd olunub ki, çətin və şərəfli yol keçərək təşəkkül tapan Türk Dövlətləri Təşkilatının onillikləri əhatə edən gündəliyi sülh, inkişaf və birgəyaşayış fəlsəfəsidir. Bu formatda inkişaf platformasının qurucusu 44 günlük Vətən müharibəsində qazanılan şərafətli Zəfərdir. 

Çıxışlarda həmçinin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş V Beynəlxalq Elmi Konfransın yüksək təşkili və beynəlxalq ictimaiyyəti düşündürən mövzuların müzakirəsi qlobal təhsil sistemi üçün mühüm əhəmiyyət kəsb edir.

Həmçinin oxuyun:
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Pedaqoji Universitetin Quba filialında V Beynəlxalq Elmi Konfrans keçirilib

Pedaqoji Universitetin Quba filialında V Beynəlxalq Elmi Konfrans keçirilib

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...