AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Səyahət / Dünya / Manşet / Bölgə
23 oktyabr 2025
869

Dünya səyyahları Qarabağ Universitetində

Səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzində olublar. Daha sonra onlar Qarabağ Universitetinə gələrək, ali təhsil ocağının fəaliyyəti və məqsədləri barədə məlumat alıblar. Qeyd olunub ki, Qarabağ Universiteti beynəlxalq əhəmiyyətə malik, çağdaş texnologiyalarla təchiz olunmuş müasir ali təhsil müəssisəsidir. Qonaqlara universitetin binası, infrastruktur imkanları, akademik proqramları və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.

AzTehsil.com xəbər verir ki, səyyahlar Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, tədris proqramları və qəbul imkanları ilə yaxından tanış olublar.

Daha sonra Qarabağ Universitetinin akt zalında səyyahların və universitet tələbələrinin iştirakı ilə görüş keçirilib.

Çıxış edən Qarabağ Universitetinin Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qonaqlara universitetin fəaliyyəti, məqsədləri və inkişaf istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq sahəsində regionda mühüm rol oynayacaq.

ETIC (Extreme Traveler International Congress) səyyahlar klubunun rəhbəri Kolja Spori çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük uğurlar qazanıb. O, Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təhsil ocağı bölgənin elmi və mədəni dirçəlişinə mühüm töhfə verəcək. Kolja Spori, həmçinin Qarabağda aparılan bərpa və tikinti işlərinin miqyasına heyran qaldığını qeyd edib.

Belçikanın Leuven Universitetinin Kulak İdarə Heyətinin sədri Patrick Maselis Qarabağ Universiteti ilə əməkdaşlığın Avropa akademik dairələri üçün yeni imkanlar açacağını vurğulayıb.

İrlandiyalı səyyah Richard Donovan isə Qarabağda gedən sürətli yenidənqurma prosesinin onu dərin təsirləndirdiyini bildirib. Qeyd edib ki, Qarabağ Universitetinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır, çünki bu ali məktəb regionun intellektual potensialını gücləndirəcək və gənclər üçün yeni üfüqlər açacaq.

Digər çıxış edənlər də Qarabağ Universitetinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar, həmçinin Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə təəssüratlarını bölüşüblər.

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Həmçinin oxuyun:
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar