AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
14 oktyabr 2025
912

"Süni intellekt müəllimi gücləndirməlidir"



Azərbaycanda müəllimlərin 59%-i öz işlərində süni intellektdən (AI) istifadə etdiklərini bildirir. Bu göstərici OECD üzrə 36% təşkil edir. Belə ki, müəllimlərin 91 faizi mövzunu səmərəli şəkildə öyrənmək və ümumiləşdirmək, 82 faizi dərs planları və ya fəaliyyətlər yaratmaq, 81 faizi şagirdlərin tədrisə cəlb olunması və şagird nəticələrinin təhlil olunması üçün süni intellektdən istifadə edirlər.


Azərbaycanda süni intellekt istifadə edən müəllimlərin sayının artması təhsilin keyfiyyətinə hansı formada təsir göstərir?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı  Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib ki, süni intellekt, əlbəttə ki, müəllimin işini asanlaşdırır, vaxtına qənaət edir, dərs materiallarını sistemləşdirməyə kömək edir və fərdi yanaşma üçün imkan yaradır:


"Amma unutmamalıyıq ki, AI müəllimin yerinə düşünən, qərar verən deyil; o, sadəcə yardımçı alətdir. Əgər müəllim alətin dediyini kor-koranə qəbul edərsə, onun analitik və yaradıcı bacarıqları tədricən zəifləyəcək. Dünyada aparılan araşdırmalar da göstərir ki, süni intellektdən fayda görən ölkələr (məsələn, Sinqapur, Cənubi Koreya, BƏƏ) bunu yalnız texnologiyanın tətbiqi ilə deyil, AI savadlılığı üzrə xüsusi təlimlər və etik qaydalarla təmin ediblər. Yəni, əsas məsələ aləti mənimsəmək deyil, onunla düşünməyi öyrənməkdir.


Müəllimlərin 91%-nin süni intellekti mövzunu öyrənmək üçün istifadə etməsi onların məlumat əldə etmə sürətini artırır, amma burada da məsuliyyət var. Mənbənin doğruluğu və elmi etibarlılığı yoxlanmalıdır. Müəllim informasiyanı süni intellektdən alıb dərsə ötürməməli, onu faktla, düşüncə və təcrübə ilə zənginləşdirməlidir.


Eyni vəziyyət dərs planlarının hazırlanmasında da keçərlidir. Bəli, süni intellekt müəllimə çoxlu ideyalar verir, amma hər bir dərs müəllimin öz üslubu və pedaqoji yanaşması ilə maraqlı olur. Əgər bütün dərslər eyni alqoritmlə formalaşarsa, bu, uşaqlar üçün monoton və adiləşmiş tədris mühiti yaradar".


"Süni intellektin şagird nəticələrinin təhlilində istifadəsi isə yeni dövrün üstünlüyüdür. Müəllimlər indi şagirdlərin zəif və güclü tərəflərini daha tez müəyyən edə bilir, bu da tədrisi fərdiləşdirməyə imkan verir",- deyə həmsöhbətimiz vurğulayıb:


"Amma burada bir incə məqam var: emosional bağ və motivasiya texnologiya ilə deyil, insan münasibəti ilə formalaşır. Müəllim analitik nəticələrdən faydalanmalı, amma şagirdi yalnız “rəqəmlər və nəticələrlə” yox, insani diqqət və empatiya ilə qiymətləndirməlidir.


Mənim fikrimcə, süni intellekt təhsil sistemimiz üçün böyük fürsətdir, amma o, insanı əvəz etməməlidir. Təhsil sistemində əsas qüvvə hələ də düşünən, empatiyası güclü və yaradıcı müəllimdir. Süni intellektdən maksimum fayda görmək üçün biz bu aləti dərsin mərkəzinə yox, müəllimin xidmətinə çevirməliyik. O baxımdan da, bizim ölkəmizdə də müəllimlər üçün “AI savadlılığı” üzrə təlimlər keçirilməlidir, məktəblərdə süni intellektdən istifadə ilə bağlı etik və təhlükəsizlik qaydaları hazırlanmalıdır. AI-dan alınan nəticələr yoxlanmalı, son qərar hər zaman müəllimə aid olmalıdır.


Sonda bir məqamı vurğulamaq istəyirəm: texnologiya inkişaf edir, amma təhsilin ruhu hələ də insandır. Müəllim süni intellektdən nə qədər çox istifadə edirsə, bir o qədər də onun pedaqoji düşüncə və etik məsuliyyəti artır. Texnologiya müəllimi gücləndirməlidir, onu kölgədə qoymamalıdır".



Həmçinin oxuyun:
Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir