AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Tədbirlər
07 oktyabr 2025
1 167

BMU ilə "Holberton School" arasında əməkdaşlıq müzakirə olunub



Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq “Holberton School” şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.


AzTehsil.com xəbər verir ki, görüşdə şəbəkənin baş icraçı direktoru Florian Bucher, İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) departament rəhbəri Vüsalə Qurbanova, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə, İRİA-nın layihə meneceri Nigar Camalova iştirak ediblər.


BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ətraflı məlumat verib və informasiya texnologiyaları (IT) ixtisaslarının ali təhsilin əsas baza istiqamətinə çevrilməsi ilə bağlı

görülən işlərə diqqət çəkib. Bildirib ki, 2024-cü ildə BMU-da İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb və innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlığı daha da gücləndirilib. Fakültədə informasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, süni intellekt, həmçinin bu ildən data analitikası kimi mühüm ixtisaslar üzrə müasir bacarıqlara malik mütəxəssislər hazırlanır. Eyni zamanda BMU-da Kibertəhlükəsizlik laboratoriyasının yaradıldığı, digər İKT laboratoriyalarının maddi-texnikibazasının yeniləndiyi qeyd edilib. Rektor vurğulayıb ki, son illərin qəbul nəticələrinə əsasən, BMU-da IT sahəsi üzrə ixtisaslara maraq getdikcə artmaqdadır. Ayrılan plan yerlərinin tam dolması ilə yanaşı, yüksək nəticə göstərən tələbələr məhz bu ixtisaslara üstünlük veriblər. Yaqub Piriyevrəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən mütəxəssislər yetişdirmək istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin də məhz qarşıya qoyulan hədəflərə töhfə verəcəyinə inamını ifadə edib. İRİA-nın departament rəhbəri Vüsalə Qurbanova agentliyin rəqəmsal bacarıqların inkişafı, IT təhsilinin gücləndirilməsi və beynəlxalq tədris modellərinin tətbiqi istiqamətində layihələri dəstəklədiyini deyib. O, həmçinin IT sahəsində güclü bazaya malik BMU ilə nüfuzlu "Holberton School"un əməkdaşlığının gələcəkdə daha geniş miqyasda reallaşdırılması üçün imkanların mövcud olduğunu bildirib. Daha sonra "Holberton School"un baş icraçı direktoru Florian Bucher, “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə çıxış ediblər. Çıxışlarda təhsil şəbəkəsinin fəaliyyəti, həyata keçirilən proqramlar və tətbiq olunan innovativ tədris modelləri haqqında məlumat verilib. Bildirilibbki, 35 ölkədə mövcud olan “Holberton School”un əsas məqsədi yüksək keyfiyyətli texnoloji proqramlarla innovativ və praktiki metodologiya əsasında mütəxəssislərin hazırlanmasından ibarətdir. Habelə şəbəkənin müasir və praktiki yönümlü tədris modelinin BMU-nun tədris strategiyası ilə uyğunluq təşkil etdiyi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri təqdim olunub. Xüsusilə süni intellekt, kibertəhlükəsizlik və data analitikası kimi istiqamətlərdə birgə iş nəzərdən keçirilib, həmçinin əməkdaşlıq perspektivləri, təlim proqramlarının təşkili, tələbələrin bu layihələrə cəlb edilməsi, IT sahəsində təcrübə mübadiləsi imkanları geniş müzakirə olunub. Tərəflər gələcəkdə bu istiqamətdə əməkdaşlığın universitet və təhsil şəbəkəsi üçün faydalı olacağını bildiriblər.



Həmçinin oxuyun:
BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

BMU-ya qəbulda mühüm dəyişikliklər edilib

BMU-ya qəbulda mühüm dəyişikliklər edilib

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!