AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Məktəbə qədər və məktəbdən kənar / Bölgə
30 sentyabr 2025
945

“Balacalar dərsə getmək istəmir, ağlayırlar..."- SƏBƏB



“Balacalar dərsə getmək istəmir, ağlayırlar...”

“Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin direktoru qərəzli qərarı ilə biz valideynləri stresə məruz qoyur”. 


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu şikayətlə “qafqazinfo”ya bir qrup valideyn müraciət edib. 


Onlar bildirib ki, sentyabrın 5-də məktəbin direktoru sinif rəhbərinə 16 şagirdlik sinfin tədrisə başlamasının problem olmadığını deyib: “Bizə məlumat verdilər ki, sentyabrın 15-də tədris rəsmi olaraq başlayacaq. Övladlarımızla 15 sentyabrda məktəbə gedib, Bilik Günündə iştirak etmişik. Lakin tədris müddəti sadəcə 15-dən 23-dək davam etdi. Buna səbəb direktorun qərəzli qərar verməsidir. Belə ki, sentyabrın 23-ü məlumat verildi ki, sinif uşaq sayının az olması səbəbindən bağlanacaq. Tədrisin davam etdiyi 1 həftə ərzində 1f sinfi valideynlərin portalda seçdiyi müəllimlə davam edib. Hansı ki, o, rus bölməsi üzrə digər ibtidai sinif müəllimləri arasında yüksək nəticə göstərib, peşəkar müəllim olaraq seçilib. Qeyd etdiyimiz müddətdə şagirdlər öz müəllimlərinə və digər sinif yoldaşlarına öyrəşib. Şagirdlərin bir qismi məktəbəhazırlıq qrupunda da həmin müəllimin sinfində təhsil alıblar.


Maraqlıdır ki, bu qərar niyə sonradan verilib?! Niyə bu qərar üçün 23 sentyabra qədər gözlədilər?! Sinifdə 16 nəfər olub, indi tələb edirlər ki, 20 olmalıdır. Biz hazırkı sinif rəhbərindən razı olduğumuz üçün istəmirik ki, övladlarımız başqa sinifdə təhsil alsın. Balacalar dərsə getmək istəmir, ağlayırlar. Bu qərar bizdə ciddi narahatlıq doğurur”.


Valideynlər qeyd edib ki, sinif müəllimini övladlarını portaldan qeydiyyatdan keçirərkən sistem üzərindən seçiblər: “Bildiyimiz kimi, siniflər üzrə müəllim seçimi mərhələsi olur. Yəni biz övladımızın hansı müəllimin sinfində oxumasını sistem üzərindən seçə bilirik. Hansısa öyrədən portalda “ibtidai sinif müəllimi” olaraq valideynlərə seçim kimi təqdim edilibsə, sonradan niyə dəyişdirilməlidir?




Bununla bağlı aidiyyəti qurumlara müraciət edərək, oktyabr ayında şagirdlərin yerdəyişməsi prosesi zamanı sinifdə şagird sayının artması faktını irəli sürmüşük. Lakin hələ də nəticə yoxdur. Vaxt gedir, şagirdlər məktəbə getməkdən imtina etdikləri üçün dərslərdən yayınır, bu da narahatlığa səbəb olur”.


Məsələ ilə bağlı 27 nömrəli məktəbə sorğu ünvanladıq. Məktəbdən müraciətimizə cavab olaraq bildirildi ki, 2024-2025-ci tədris ilində 1e sinfinə elektron sənəd qəbulu sistemi ilə 12 şagird qeydiyyatdan keçdiyi üçün sinif təşkil edilməyib: “Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Ötən tədris ilində uşaq sayının azlığı səbəbindən ləğv edilmiş 1e sinfinin müəlliminin dərs yükünün təmin edilməsi, fəaliyyətinə davam edə bilməsi üçün 27 nəfərdən ibarət məktəbəhazırlıq qrupu ona həvalə edilib.


2025-2026-cı tədris ilində qeyd olunan müəllimin tədris apardığı məktəbəhazırlıq qrupundan 24 uşağın valideyni övladlarını digər müəllimlərin siniflərinə keçirmək üçün elektron sistem vasitəsilə müraciət edib. Həmin müəllimin sinfinə isə cəmi 3 şagird elektron qeydiyyatdan keçib. Bu səbəbdən cari tədris ilində 1f sinfi fəaliyyətə başlaya bilməyib. 


Müəllimə dəstək olmaq və fəaliyyətini təmin etmək üçün yeni sinfin formalaşdırılmasına başlanılsa da, cəmi 16 nəfər toplandığına görə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şagirdlər digər siniflərə yerləşdirilib”. 


Valideynlərin narazılığı məsələsinə aydınlıq gətirmək üçün Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan verilən cavab da bənzər oldu: “Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.


Qeyd olunan sinifdə şagird sayı 20-dən az olduğuna görə 2025-2026-cı tədris ili üzrə həmin sinfin açılması mümkün olmayıb”.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Bəzi uşaqlar niyə məktəbə getmək istəmirlər?

Bəzi uşaqlar niyə məktəbə getmək istəmirlər?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ