AzTehsil.com

Xəbərlər / Digər Elan / Bakalavr / Dünya / Bölgə
29 sentyabr 2025
1 066

BMU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb



Abdurahman Khamidullayev Özbəkistan vətəndaşıdır. Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisasında 3-cü kursda təhsil alır.


AzTehsil.com xəbər verir ki, BMU-nu akademik və şəxsi inkişafında əvəzsiz rol oynayan ali məktəb kimi dəyərləndirən özbəkistanlı tələbə universitetdəki güclü akademik mühitin, təcrübə proqramları və müxtəlif layihələrin ona arzu etdiyi təhsili almağına imkan verdiyini deyir.


“BMU-da müasir ixtisaslarda özünü inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Tələbələr yalnız nəzəri biliklər qazanmır, eyni zamanda, müxtəlif proqramlar və layihələrdə iştirak edə bilirlər”, - deyə o qeyd edir.


Abdurahman Khamidullayev BMU-da əcnəbi tələbələrə göstərilən diqqətdən də razılıqla danışır: “Xarici tələbə kimi biz burada olduqca rahatıq. Özümüzü qardaş ölkədə, doğma evimizdə hiss edirik. Azərbaycan ilə Özbəkistan mədəniyyəti və insanları arasında çox oxşarlıq var. Ənənələrimiz türk xalqlarını birləşdirir. Sizin insanlar çox mehriban, şən və qonaqpərvərdirlər”.


Özbəkistanlı tələbə universitetdəki gündəlik həyatını isə belə anladır: “Burada həyatım çox maraqlı keçir. Səhər dərslərə gedirəm. Tədris prosesində qazandığım bilikləri möhkəmləndirirəm. Sonra yataqxanaya qayıdıb nahar edirəm. Günün sonunda isə dostlarımla stolüstü tennis oynayır, oturub söhbət edir və ölkələrimiz haqqında danışırıq. Asudə vaxtlarımda Azərbaycanın tarixi məkanlarını, gözəl yerlərini gəzib görməyə çalışıram”.


BMU-da təhsil almağı hər bir xarici ölkə vətəndaşına tövsiyə edən özbəkistanlı tələbə bildirir ki, burada oxumaq yeni həyata başlamaq üçün gözəl təcrübə və fürsətdir: “Müəllimlər dərsləri çox aydın izah edirlər, tələbələr isə mehribandır və bir-birlərinə yeni keçilən mövzuları öyrənməkdə kömək edirlər. Bütövlükdə isə Azərbaycan təhsil sistemini yüksək dəyərləndirirəm”.


Abdurahmanın gələcəkdə magistratura təhsili almaq və s. hədəfləri var. İstəyir ki, BMU-nun magistratura proqramlarında təhsilinə davam etsin. Həmçinin Bakıdakı şirkətlərdə təcrübələrə başlamağı planlaşdırır. Onun ən böyük arzusu isə “Meta” şirkətində işləməkdir.




Həmçinin oxuyun:
I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

DİM-dən abituriyentlərə MÜRACİƏT

DİM-dən abituriyentlərə MÜRACİƏT

I ixtisas qrupu üzrə sənəd qəbulu qaydaları dəyişir

I ixtisas qrupu üzrə sənəd qəbulu qaydaları dəyişir

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

NASA-nın forumuna dəvət alan azərbaycanlı

NASA-nın forumuna dəvət alan azərbaycanlı