AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Dünya / Bölgə
28 sentyabr 2025
916

Türkiyə universitetlərinin rektorları Qarabağ Universitetində



Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində səfərdə olan Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu nümayəndə heyəti Qarabağ Universitetində olub.


AzTehsil.com xəbər verir ki, ziyarət çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov nümayəndə heyəti ilə görüşüb. Qarabağ Universitetinin inzibati heyət üzvlərinin də iştirak etdikləri görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.


Ş.Bayramov Qarabağ Universitetinin başlıca fəaliyyət istiqamətləri, strateji hədəfləri və regional ekosistemin inkişafındakı potensial rolu barədə ətraflı məlumat verib. Dövlətin birbaşa diqqəti və dəstəyi ilə Qarabağ Universitetində aparılan quruculuq işlərindən bəhs edən rektor bu ali təhsil müəssisəsinin birillik fəaliyyəti ərzində əldə edilmiş nəticələri diqqətə çatdırıb və qardaş Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.


Nümayəndə heyəti üzvləri Azərbaycan–Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi ali təhsil müstəvisində də möhkəmlənməsinin vacibliyini vurğulayıblar. Qısa müddət ərzində Qarabağ Universitetində əhəmiyyətli dərəcədə inkişafı görməkdən məmnun olduqlarını bildirən Türkiyə universitetlərinin rektorları davamlı və sıx əməkdaşlığa hər zaman açıq olduqlarını ifadə ediblər.


Sonra əməkdaşlığın potensial istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, qısamüddətli və uzunmüddətli dövrlərdə əməkdaşlıq imkanları dəyərləndirilib, konkret əməkdaşlıq təkliflərinə dair ilkin razılıq əldə edilib.


Daha sonra, nümayəndə heyəti Qarabağ Universitetinin əsas tədris binasında, tələbə yataqxanalarında, İncəsənət fakültəsində, Qarabağ Universitetinin Klinikasında, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda yaradılmış şəraitlə tanış olub və burada tətbiq olunan müasir ali təhsil proqramlarının məzmunu barədə ətraflı məlumat əldə edib.


Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli təmsil olunub. Nümayəndə heyətini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov müşayiət edib.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Metodbirləşmələr

Metodbirləşmələr

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?