Qızların ali təhsilə cəlb olunması- Ətraflı
“Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı əsas məsələlərdən biri tələbə mübadiləsinin ədalətli şəkildə aparılması və hər kəs üçün faydalı nəticələr doğuracaq balansın yaradılmasıdır”.
AzTehsil.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxış edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Ən mühüm məsələlərdən biri isə təhsildə bərabərlikdir. Ali təhsil yalnız müəyyən qrup üçün deyil, hər bir gənc üçün əlçatan olmalıdır. Lakin qəbul imtahanları və digər maneələr bəzən bu imkanları məhdudlaşdırır. Tələbələrin sayının artması çox zaman təhsilin keyfiyyətinə təsir göstərə bilir. Bu səbəbdən də kəmiyyət və keyfiyyət arasında düzgün tarazlığın tapılması vacibdir.
Xüsusilə bölgələrdən olan, sosial-iqtisadi cəhətdən zəif ailələrdən çıxan gənclərin, həmçinin qızların ali təhsilə cəlb olunması şansları daha aşağı qiymətləndirilir”, - Emin Əmrullayev qeyd edib.