Azərbaycanın dörd universitetinin siyahıya düşməsi əhəmiyyətli nailiyyətdir
“Times Higher Education-in 2026-cı il üçün açıqlayacağı dünya universitetləri siyahısında Azərbaycanın dörd ali məktəbinin adı yer alacaq”.
AzTehsil.com xəbər verir ki, bunu "Times Higher Education" təşkilatının qlobal məsələlər üzrə direktoru Fil Beyti Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində deyib.
O qeyd edib ki, bu göstərici ötən illə müqayisədə iki dəfə artım deməkdir.
“2026-cı ildə açıqlanacaq yenilənmiş Times Higher Education World University Rankings cədvəlində Mərkəzi Asiya və Cənubi Qafqazdan ümumilikdə 17 universitetin adı çəkiləcək. Azərbaycanın dörd universitetinin siyahıya düşməsi əhəmiyyətli nailiyyətdir.
Bununla yanaşı, Qazaxıstan reytinqdəki universitetlərinin sayını 2-dən 5-ə, Özbəkistan 0-dan 4-ə, Gürcüstan isə 3-ə çatdırıb”, - direktor vurğulayıb.