AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Müəllim / Digər Elan / Bölgə
19 sentyabr 2025
1 243

Bu müəllimlərə 6420 manatadək maaş VERİLƏCƏK



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq "tədqiqatçı müəllim” statusu alan müəllimlər müəyyən olunub.


AzTehsil.com xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələrin sayı daxildir.


Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq əməkhaqqı alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.


"Tədqiqatçı müəllim” statusuna layiq görülən əməkdaşlar:


Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə Scopus bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.


Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi Scopus bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.


Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə Scopus bazasında 22 məqaləsi, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdirlərindən biridir.


Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.


Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.


Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.


Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.


Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.


ADNSU rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsas məqsədi universitetdə elmi fəaliyyətin stimullaşdırılması, mövcud elmi məktəblərin qorunması və yenilərinin formalaşdırılmasıdır. 105 illik elmi irsə sahib olan keçmiş "Azİ” bu gün də elmi potensialını inkişaf etdirməkdə davam edir.



Həmçinin oxuyun:
İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

ADNSU-da tədris ilinin yekunlarının müzakirəsi

ADNSU-da tədris ilinin yekunlarının müzakirəsi

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

ADNSU-nun keçirdiyi onlayn Məzun-Karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət qoşulub

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Universitet bu vəzifələr üçün müsabiqə elan etdi

Universitet bu vəzifələr üçün müsabiqə elan etdi

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Azərbaycanda tələbə təqaüdlərinin məbləği artırılıb

Azərbaycanda tələbə təqaüdlərinin məbləği artırılıb

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020”

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020”

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?