Xəbərlər
30 iyun 2020
973


Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020”

 

Mingəçevir Dövlət Universitetində (MDU) "Məzun günü – 2020” tədbiri keçirilib. Zoom  platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər.

Universitetdən bildirilib ki, "Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə, ümumilikdə 450-yə yaxın gəncin universitetdən məzun olduğunu qeyd edib.

Təhsil aldıqları müddətdə MDU ailəsinin üzvünə çevrilən tələbələrin bundan sonra həmin ailədə məzun statusunda təmsil olunacaqlarını söyləyən  rektor  universitetin  professor-müəllim heyəti, tələbələr, magistrantlar və məzunlar üçün ortaq dəyər olduğunu vurğulayıb.

Ş.Bayramov builki məzunların universiteti innovasiyaların rolunun kəskin artdığı, dördüncü sənaye inqilabının başlandığı, süni intellektin sürətlə inkişaf etdiyi və rəqəmsal texnologiyaların həyatımıza güclü nüfuz etdiyi bir dövrdə bitirdiklərini bildirib. Rektor gənclərin doğma Azərbaycanımızın davamlı inkişaf etdiyi, ölkəmizdə insan kapitalının əhəmiyyətinin sürətlə artdığı və post-neft dövrünün reallıqlarından irəli gələn çağırışların gücləndiyi bir dövrdə universitet məzunu olduqlarını da əlavə edib.

MDU-da əldə etdikləri biliklər, qazandıqları kompetensiyalar və topladıqları təcrübə sayəsində məzunların yeni dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis kimi formalaşdıqlarını qeyd edən rektor onlara gələcək təhsil həyatlarında və professional karyeralarında uğurlar diləyib.

Tədbirdə  Təhsil nazirinin müavini Firudin Qurbanovun, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, MDU-nun məzunu Tahir Məmmədovun, Milli Məclisin Mingəçevir şəhərindən olan deputatı Aydın Mirzəzadənin, "Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovun, Mingəçevir Regional "ASAN Xidmət” Mərkəzinin direktoru Elxan Cəfərovun, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin, "Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynovun, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyevanın, "Mingəçevir işıqları” qəzetinin baş redaktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Fərman Nəbiyevin, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimlinin, Mingəçevir Yüksək Texnologiyalar Parkı nəzdində "SİMBİOZ” Texnoloji Biznes İnkubatorun koordinatoru Orxan Nadirovun, valideynlərdən Vəfa Hacıyevanın, Sadəddin Cəfərovun və Elşad Hacıyevin MDU məzunlarına video-təbrikləri nümayiş etdirilib. Təbriklərdə müəllim, iqtisadçı və mühəndis kimi fəaliyyət göstərəcək MDU məzunlarının cəmiyyətimizə faydalı mütəxəssis və xalqımıza layiq vətəndaş olacaqlarına əminlik ifadə edilib.

Tədbirdə çıxış edən məzunlar MDU məzunu olmaqdan qürur duyduqlarını, müasirləşməkdə olan doğma universitetlərini layiqincə təmsil etməyə çalışacaqlarını və müəllimlərinə daim minnətdar olacaqlarını bildiriblər.

Daha sonra təhsil müddətində yüksək akademik göstəriciləri olan və MDU-nun ictimai həyatında fəal rol oynayan bir qrup məzunun universitetin  Fəxri Fərmanı ilə təltif edilməsi  barədə rektorun müvafiq əmri oxunub.

Tədbirin sonunda məzunların MDU haqqında təəssüratlarını əks etdirən video-çarxlar və ali məktəbin tələbələri tərəfindən məzunları təbrik məqsədilə hazırlanmış video-müsiqilər nümayiş etdirilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
MDU-da sığorta mövzusunda təlim

MDU-da sığorta mövzusunda təlim

MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri

MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri

MDU-da tələbələrin elmi mövzularında məruzələri

MDU-da tələbələrin elmi mövzularında məruzələri

MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

MDU-da “Peşəkarla görüş” layihəsinə start verilir

MDU-da növbəti “Açıq qapı” günü

MDU-da növbəti “Açıq qapı” günü

MDU müəllimlərinin “videodərs”ləri 58000 dəfədən çox izlənmə sayına çatıb

MDU müəllimlərinin “videodərs”ləri 58000 dəfədən çox izlənmə sayına çatıb

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

MDU-da “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

MDU-da “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başlayıb

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başlayıb

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Açıq qapı” günləri

MDU-da “Açıq qapı” günləri

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans

“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans

MDU Rektoru Şahin Bayramovun imtahan sessiyası ilə bağlı tələbələrə müraciəti

MDU Rektoru Şahin Bayramovun imtahan sessiyası ilə bağlı tələbələrə müraciəti

MDU-da iki həftədə 301 imtahan keçirilib

MDU-da iki həftədə 301 imtahan keçirilib

"Həkimlərimizə məktub yazaq" təşəbbüsünə start verilib

"Həkimlərimizə məktub yazaq" təşəbbüsünə start verilib

MDU-nun əməkdaşları Prezidentə minnətdarlıq məktubu ünvanlayıblar

MDU-nun əməkdaşları Prezidentə minnətdarlıq məktubu ünvanlayıblar

MDU-da “İmtahan könüllüsü” layihəsi həyata keçirilir

MDU-da “İmtahan könüllüsü” layihəsi həyata keçirilir

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

Şəhid ailələri və müharibə iştirakçıları ziyarət edilib

Şəhid ailələri və müharibə iştirakçıları ziyarət edilib

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində