Prezident əmr İMZALAYIB
2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.
AzTehsil.com xəbər verir ki, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirilməlidir.