AzTehsil.com


Xəbərlər / Pedaqoji nəşrlər / Müəllim
06 mart 2019
3 378


Azərbaycan Xalq Cümhuriyyəti və təhsil



Azərbaycan Xalq Cümhuriyyəti və təhsil
 
 

Bir bayraq ucalır başımın üstdə
O mənim qürurum,iftixarımdır!
Üçrəngli zolaqlar dalğalananda
Deyirəm,bu mənim öz Diyarımdır!!!
Qoymam düşmən əli toxunsun ona!!!
Onda Şəhidlərin ölməz qanı var!
Bircə dəfə qalxan bu şanlı bayraq ,
Daima ucalar, zirvədə qalar!

    Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə milli azadlıq hərəkatıının nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi: "Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq‘‘

     Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının çox zəngin dövlətçilik tarixi vardır. Bu tarix, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bəzən də ziddiyyətli hadisələrlə zəngindir. Azərbaycan tarixinin ən maraqlı və ən mürəkkəb mərhələlərindən biri 1918-1920-ci illərdir. Bu illər dünyada, o cümlədən Rusiyada gedən ictimai-siyasi proseslər zəminində yaranmış istiqlaliyyət savaşından müvəffəqiyyətlə çıxan Azərbaycan , xalqının müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrdür.

      Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il may ayının 27-də M.Ə.Rəsulzadə başda olmaqla Müvəqqəti Milli Şura yaratdı. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanına sədrlik F.X.Xoyskiyə həvalə edildi.

      Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirdiyi birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov və b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura mayın 28-də Tbilisidə Azərbaycanın dövlət müstəqilliyini elan edən , 6 bənddən ibarət  "İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.

     Cəmi 23 ay mövcud olan Xalq Cümhuriyyəti, bu qısa müddətdə çox işlər həyata keçirdi. Hər şeydən əvvəl öz milli dövlətçiliyinə qovuşmuş, xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü və azadlığın şirinliyini daddı.

     Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən biri olan Molla Ağa Əlizadə demişdir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək - yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah Təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".

    Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi isə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. 

     Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.

    Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilmişdi. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq etdi. Maarif naziri vəzifəsinə  isə sonradan AXC hökumət başçısı olan Nəsib bəy Usubbəyov təyin edildi.

    Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi.

    Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi. Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı.Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi.
 
Qeyri-yerli Parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.

      Xalq Maarifi Nazirliyi 1919-20-ci il tədris ilinin əvvəlindən Ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsini qərara aldı. 1918-ci il 7 sentyabr fərmanı ilə bütün Ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq edilib. Bu təlimlərin tədrisi üzrə xərcləri dövlət öz üzərinə götürüb. Bakı şəhəri milli məktəblərin inspeksiyasında və Bakı quberniyasında 1918-19-cu tədris ilində 76 rus – bunlardan Bakıda 30, əyalətlərdə isə 46 məktəb var idi. Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər, neft-sənayeçiləri qurultayına məxsus idi və özəl sayılırdı. 

     1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulur, kafedranın ilk rəhbəri isə görkəmli cərrah, professor Vasili Razumovski (1920-ci ilə qədər) olur. Burada, həmçinin tibbin tarixi də tədris edilirdi. Qısa bir müddət ərzində Razumovskinin rəhbərliyi altında Xüsusi Hazırlıq Komissiyası yaradılır. Avqust ayında qəbul imtahanları təşkil edilir və beləliklə də ilk tələbələr – gələcək həkimlərin qrupu yığılır. 1922-ci il avqust ayının 2-də tibb fakültəsinin ilk 29 məzunu arasında yalnız üç azərbaycanlı – A.Ələkbərov, Ceyran Sultanova və sonradan elmlər doktoru və professor olan Adilə Şahtaxtinskaya olub. Xalq təhsili məsələləri ilə məşhur müəllim Əlicabbar Orucəliyevin başçılıq etdiyi Bakı Şəhər Dumasının tədris şöbəsi də məşğul olurdu. 1919-cu ilin 15 iyul tarixli iclasında Şəhər Dumasının şəhər məktəblərinin müəllimləri üçün 1600 rubl təqaüd təyin etdi. Bu istiqamətdə Bakı neft-sənayeçiləri də müəyyən addımlar atırdı: onların da məktəblərində müəllimlərin məvacibləri artırılmışdı.

  Onu da qeyd etmək lazımdır ki,  Bakıda məktəb binaları ilə dəhşətli bir vəziyyət alınmışdı. Onların çoxu ya tamamən dağıdılmış, ya da əsaslı təmir tələb olunacaq qədər bərbad idi.Hökumət Bakı şəhər ibditadi məktəblərində məktəb-sanitar nəzarətinin təşkil edilməsi üçün 827,600 rubl vəsait ayırmışdı. Məktəblilərə müxtəlif ictimai təşkilatlar da yardım göstərirdilər. Bakı şəhər məktəblərinə yardım ictimai idarəsi məktəblərdə isti səhər yeməkləri təşkil edirdi. Vəsaitin yığılması üçün idarə lotoreya və əvvəlki illərdən qalmış əşyaların satış yarmarkasını keçirirdi. 

    Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər və Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi. 

Azərbaycan Cümhuriyyətinin tutduğu yol  Vətənin dörd bir tərəfinə azadlıq cığırları açdı. Hamı zəfər günəşinin şəfəqlərindən nura boyanan dövlətçiliyin yolunda səfərbər idi. Bu yol istiqlal yolu idi: məsuliyyətli, çətin və şərəfli. 

     Cümhuriyyət qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə bu yolda elmli, mənəvi cəhətdən sağlam gənc nəslin yetişməsini vacib hesab edərək, çıxışında söyləyir: «Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq, bir daha enməz! Onu səmada dalğalandırmaq sənin müqəddəs borcundur».

     Bəli , enməz oldu yenilməz bayrağımız! O yenə başımızın üstündə dalğalanır. Bu il biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik və bütün dünyaya göstərəcəyik ki, Azərbaycan xalqı nə qədər demokratik, hüquq və qanunun aliliyinə önəm verən xalqdır.

    Cümhuriyyətimizi yaşadan , ona ikinci nəfəs verən, inkişafına və çiçəklənməsinə səbəb və dəstək olan dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev  demişdir: "Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”. Deməli, bir dövlətçiliyin təməl daşı vətəndaşlıq hissinə söykənir, ondan qaynaqlanır.

    Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Yurdumuzda hökmranlıq edən siyasi sabitlik, həyata keçirilən islahatlar  beynəlxalq əlaqələrin genişlənməsinə təkan verir. 2016-cı ilin aprel hadisələri, Cocuq Mərcanlıya qayıdış, keçən il ordu quruculuğunda əldə edilən nailiyyətlər, keçirilən birgə təlimlər, Silahlı Qüvvələrin güclənməsi, ayrı-ayrı qoşun növlərinin inkişaf etməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı  öz ordusunu, dövlətini gücləndirərək, torpaqlarımızı işğaldan azad  edəcək və bu cür bayramlarımızı tezliklə Şuşada, Xankəndində keçirəcəyik.

Odur ki, bu gün bir vətəndaş kimi azərbaycanlı olduğumla qürur duyuram və fəxrlə Ona xitab edirəm:
 
"Cümhuriyyət günün mübarək , Vətən! "
Müstəqil Vətənim!Daim var ol sən!
Qoy, qürurla baxım Sənə hər zaman!
Arzumdur, tezliklə dağılsın,itsin
Başının üstündən bu çən ,bu duman!
Gözlərdən qoy axsın sevinc yaşları!
Axı müstəqildir bu el,bu oba!
Arzumdur sancılsın məğrur bayrağın
Gözü yolda qalan Qarabağımda!!!

General- leytenant  K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
 Əliyeva Sevinc Qərib qızı 




Загрузка...
Həmçinin oxuyun:
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin 100 illiyinə həsr olunmuş kitab daxil olub

Mərkəzi Elmi Kitabxananın fonduna AXC-nin 100 illiyinə həsr olunmuş kitab daxil olub

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

Dövlət müstəqilliyimizin bərpasından 26 il keçir

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

İtib-batmaqda olan sənət növləri peşə məktəblərində tədris edilə bilər..

İtib-batmaqda olan sənət növləri peşə məktəblərində tədris edilə bilər..

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Qax rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov