AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
06 sentyabr 2025
1 039

“Məsələ kontekstdən çıxarılıb”- Deputat



Dünən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev söyləyib ki, "Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”. O, buna səbəb olaraq havaların isti olmasını göstərib.


Rektorun açıqlaması sosial şəbəkədə heç də birmənalı qarşılanmayıb.


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, söhbət Əhməd müəllimin övladlarının universiteti idarə etməsindən gedir:


"Mən düşünürəm ki, burada müəyyən anlaşılmazlıq mövcuddur. Yəni, çox güman ki, Əhməd müəllim bu məsələdə övladlarını nəzərdə tutub. Hazırda universitetin idarəçiliyini yalnız Əhməd müəllim həyata keçirmir. Bu prosesdə onun övladları da iştirak edir. Söhbət, əslində, övladlarının universiteti idarə etməsindən gedir. Digər məsul şəxslərin də bu prosesdə rolu var. Lakin məsələni kontekstdən çıxararaq təqdim etmək, düzgün deyil".


Bu gün Azərbaycan cəmiyyətində dəyərsizləşdirmə və hörmətsizlik tendensiyası müşahidə olunur:


"Əhməd müəllim uzun müddət Milli Məclisin deputatı olub, hal-hazırda universitetin rektorudur, elmi əsərlərin müəllifidir və tanınmış bir elm adamıdır. Ona görə də bu məsələyə bu cür yanaşmaq, bu şəkildə təqdim etmək məncə, ədalətli deyil. Biz ziyalılarımıza, alimlərimizə və deputatlarımıza hörmətlə yanaşmağı bacarmalıyıq. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində belə bir tendensiya dəyərsizləşdirmə və hörmətsizlik müşahidə olunur. Bu isə yanlışdır və cəmiyyətimiz üçün yaxşı heç nə vəd etmir".


Əhməd müəllim həm də o tələbələrin müəllimi və universitetin rəhbəridir:


"Əgər kimininsə universitetin idarə olunması ilə bağlı sualı və ya narazılığı varsa, düşünürəm ki, bunu birbaşa universitet rəhbərliyi ilə müzakirə etmək daha doğru olar. Təbii ki, hər bir sahədə nöqsanlar və çatışmazlıqlar ola bilər. Ola bilər ki, tələbələri narahat edən müəyyən məsələlər mövcuddur. Ancaq bu, məsələyə bu formada emosional və qeyri-etik şəkildə yanaşmağı əsaslandırmır.


Unutmayaq ki, Əhməd müəllim həm də o tələbələrin müəllimi və universitetin rəhbəridir. Ona görə də bu cür yanaşmalara biz daha həssas və məsuliyyətli olmalıyıq. Yenə də deyirəm, mümkündür ki, universitetdə tələbələri narahat edən müəyyən məqamlar olsun. Mən bunu anlayıram. Amma bunun yolu sosial mediada təhqir və ya təhdid dili ilə danışmaq deyil. Bu məsələləri universitet daxilində dekanlıqla, rektorluqla bir masa arxasında əyləşib, müzakirə etmək lazımdır.


Söyüşlə, təhdidlə, bir-birinə hörmətsiz yanaşmaqla biz nə cəmiyyətimizi, nə də münasibətlərimizi qoruya bilərik. Cəmiyyətimizdə ziyalılarımızı, alimlərimizi və qarşılıqlı münasibət mədəniyyətini qorumalıyıq. Ona görə də mən bu kimi məsələlərə daha fərqli və sağlam yanaşmanın tərəfdarıyam".




Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı  yarış baş tutub.

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Odlar Yurdu Universiteti bağlanır? - Samir Vəliyevdən CAVAB

Odlar Yurdu Universiteti bağlanır? - Samir Vəliyevdən CAVAB

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ZİRVƏ KURSLARIndan nəcib addım - ŞƏHİD ÖVLADLARI ÖDƏNİŞSİZ OXUYACAQLAR

ZİRVƏ KURSLARIndan nəcib addım - ŞƏHİD ÖVLADLARI ÖDƏNİŞSİZ OXUYACAQLAR

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqları necə tərbiyə etməliyik?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.