Xəbərlər
19 aprel 2017
1786

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

 

Odlar Yurdu Universitetinin tələbə və magistrları artıq nüfuzlu İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər
 
14 aprel 2017 il tarixində İsveçrənin Swiss Montreux Biznes Məktəbinin rektoru Fabio Fusi və Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atmışdır.
 
Müqaviləyə əsasən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montreux Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.
 
Eyni zamanda təhsil aldığı dövr ərzində OYU-nun təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montreux Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər. Yeri gəlmişkən Odlar Yurdu Universiteti:
 
* Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.

* Almaniyanın H+ akkreditasiyasına malikdir.

* Türkiyə Cumhuriyyəti YÖK (Yüksek Öyretim Kurulu) tərəfindən tanınır.

* Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyasından uğurla keçmişdir.

* Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı - FAIMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınmışdır.

* Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.

* EURAS - Avrasiya Universitetləri Birliyinin üzvüdür.

* Qafqaz Universitetlər Birliyinin üzvüdür.

* Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.
 
moderator.az


DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı nurtelinfo@mail.ru e-mail adresinə göndərin







Whatsapp'ta Paylaş



Загрузка...
loading...