AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə
05 sentyabr 2025
1 077

ADNSU- də əməkdaşlıq görüşü keçirilib



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib. 


Universitetdən bildirilib ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.


AzTehsil.cim xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.


Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirakı edtdiyini bildirib. 


Bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub. Nəticədə, bu günədək 1600-dən çox ADNSU tələbəsi və 200 əməkdaş “Coursera” platformasında təlimlərə qatılıb, ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.


4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib. O, rəqəmsal iqtisadiyyat, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti, ağıllı şəhər texnologiyaları kimi sahələrdə görülən işləri, həmçinin qurumun 50-dən artıq beynəlxalq tərəfdaşı olduğunu və Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri ilə əməkdaşlığını diqqətə çatdırıb.


Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər. Tələbələrin sənayeyə təşviqi, startaplara dəstək, elm-sənaye klasterinin yaradılması, eləcə də 4SİM-in əsas tərəfdaşlarından biri olduğu InMerge İnnovasiya Sammitində ADNSU tələbələrinin iştirakı məsələləri xüsusi vurğulanıb.


Bundan əlavə, “SABAH.City” layihəsi çərçivəsində innovasiya yönümlü ixtisaslaşmış laboratoriyaların yaradılması və bu laboratoriyalarda sənaye tərəfdaşları ilə birgə tədqiqat və inkişaf fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.


Tərəflər qeyd ediblər ki, ADNSU-nun akademik resurslarının 4SİM-in texnoloji və strateji imkanları ilə birləşməsi ölkənin elmi və sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.



Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Milli Proqram”a start verilib

“Milli Proqram”a start verilib

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib

Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Süni intellektin təhsildəki rolu

Süni intellektin təhsildəki rolu

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Rektorlar haqqında nə bilirik? - Rüfət Əzizov...

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

60 illik alim və müəllim ömrü

60 illik alim və müəllim ömrü

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Süni intellekt müəllimləri əvəz EDƏCƏK

Süni intellekt müəllimləri əvəz EDƏCƏK