AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Kitabxanaçı / Yazarlar / UBR / İnnovasiyalar / Ziyalılar / Dünya / Manşet / Bölgə / Tədbirlər
21 avqust 2025
1 232

Bakıda I Beynəlxalq Türk dünyası adlı simpoziumu keçiriləcək



Noyabrın 20-21-də Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək. Tədbir AMEA-nın Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və İncəsənət Universiteti, Ərzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.


AzTehsil.com xəbər verir ki, folklor İnstitutundan bildirilib ki, simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.


Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan balabandır. Balabanın adına “Kitabi-Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı var. Tarixən zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri, ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunub.


Türk dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü simpoziumun əsas elmi obyektini təşkil edir.


Bununla yanaşı, simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.


Simpoziumun keçirilməsində mühüm məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə - erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.


Zurna, balaban, tar, kamança kimi alətlərin türk xalqlarından başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından özünəməxsus cəhətləri var. Ümum-Şərq mənəvi sərvət olan muğam ifaçılığında da bu alətlərdən istifadə olunur. Azərbaycan muğamı anlayışı bənzərsiz məzmun və ifaçılıq xüsusiyyətlərinə görə tanınmaqdadır. Bu istiqamətdə mövzuların simpozium çərçivəsində müzakirəsi olduqca aktualdır.



Həmçinin oxuyun:
230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Muxtar İmanov: Ən böyük problem savadlı müəllimlərin az olmasıdır

Muxtar İmanov: Ən böyük problem savadlı müəllimlərin az olmasıdır

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Alimlər nə qədər maaş alır? - RƏQƏMLƏR

Alimlər nə qədər maaş alır? - RƏQƏMLƏR

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.

Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.