AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Kitabxanaçı / Yazarlar / İnnovasiyalar / Pedoqoji Ədəbiyyat / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Manşet / Bölgə
21 avqust 2025
888

Qubalı Ziyalılarımızı Tanıyaq və Tanıdaq!



Qubalı Ziyalılarımızı Tanıyaq və Tanıdaq!


Baxışov Şükür Məmmədşah oğlu 1935-ci il mart ayının 22-də Quba rayonunun Amsar kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, Amsar kənd orta məktəbini bitirdikdən sonra 1954-1957-ci illərdə Sovet ordu sıralarında xidmət etmişdir. Ş.Baxışov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, iki il əyani təhsil aldıqdan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini qiyabi surətdə davam etdirmiş, 1963-cü ildə həmin Universitetin kitabxanaşünaslıq fakültəsini bitirmişdir. O, 1957-1963-cü illər ərzində Quba uşaq tərbiyə koloniyası Komsomol təşkilatının katibi, Rayon Komsomol Komitəsinin təlimatçısı, “Şəfəq” qəzetin Kənd Təsərrüfatı Şöbəsinin müdiri, sovxoz-texnikum Partiya Komitəsinin katibi işləmişdir. Ş.Baxışov Azərbaycan KP Mərkəzi Komitəsi yanında Bakı Ali Partiya Məktəbinə daxil olmuş və 1969-cu ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1980-ci ilə kimi əvvəllər Quba Rayon Partiya Komitəsinin təlimatçısı, sonradan isə Partiya Komissiyasının sədri vəzifəsində işləmişdir. 1980-2007-ci illərdə isə Kənd Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Quba rayon Komitəsinin katibi, Azərbaycan Həmkarlar İttifaqınnı Tədris-Metodiki Mərkəzinin şimal bölgəsi üzrə kursun direktoru, Quba rayon İcra Hakimiyyətinin Aqrar İslahat Komissiyasının aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. Baxışov Şükür 2007-2013-cüq illərdə Pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, əvvəlcə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin, sonralar isə Azərbaycan Müəllimləri İnstitunun Quba filialında (indiki ADPU Quba filialı) müəllimlik peşəsini davam etdirmişdir. 

AzTehsil.com xəbər verir ki, 200-dən artıq elmi, metodiki, bədii məqalənin müəllifi olan Şükür Baxışov 2010-2015-ci illər ərzində 12 iri həcmli kitabı nəşr olunmuşdur. Onun “Əslim-Nəslim”, “Qubam var mənim”, “Günahsız günahkarlar”, “Novruzun taleyi”, “Balama, nəvəmə, nəticəmə”, “Anamın dərdi”, “Səməd Vurğunun görünməyən səhifələri”, “Oğluma nəsihət”, “Ana”, “Qəzəllər”, S.Vurğunun həyatına həsr edilmiş “Vurğun” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

 Şair –publisist Şükür Baxışov Bakıda nəşr olunan “Yurd sevgisi” qəzetinin şimal bölgəsi üzrə xüsusi müxbir, Qubadakı “Gülüstan” elmi bədii məclisin üzvüdür. Ş.Baxışov rayonun ictimai həyatında yaxından iştirak edir, keçirilən tədbirlərdə vaxtaşırı çıxışlar edir, tez-tez televiziya kanallarında görünür. Onun mənsub olduğu ailə rayonda ziyalılar ailəsi kimi tanınır. Onun həyat yoldaşı Raya xanım Kənd Təsərrüfatı elmləri namizədi kimi yütişdirdiyi gilas sortları sayəsində respublikanın tanınmış seleksiya alimi kimi tanınmışdır.

Şükür müəllimin bir qardaşı Əlövsət Baxışov dörd Ali təhsil almış, Respublikanın 6 rayonunda Partiya Komitəsinin birinci katibi olmuş, ömrünün son illərində Respublika Əmək və Müharibə Veteranları Şurasının sədri olmuş. Lenin ordeni, Qırmızı Əmək Bayrağı və Respublikamızın “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

 Onun ikinci qardaşı Müzəffər Baxışov iki ali təhsil almış, uzun müddət respublikannı şimal bölgəsi üzrə Partiya və Dövlət Nəzarəti Komitəsinin sədri olmuş və rayonun partiya-sovet orqanlarında çalışmışdır.

Şükür müəllimin üçüncü qardaşı Baxışov Şövkət Fizika-riyaziyyat elmləri doktoru, professor adı kimi bir sıra kitabların müəllifidir.

Dördüncü qardaşı Bəhlul Baxışov ali təhsilli mühəndis, beşinci qardaşı Famil Baxışov ali təhsilli zootexnik kimi respublikanın Kənd Təsərrüfatının inkişafına öz töhvəsini vermişlərt.

Baxışov Şükür Məmmədşah oğlu ailəlidir, iki qız, bir oğul, altı nəvə, on nəticə ulu babası kimi 90 yaşında da əlindən qələm düşmür, yazır, yaradır. Baxışov Şükür 1995-ci ildən dövlət qulluqçusu təqaüdünü alır.



Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Metodbirləşmələr

Metodbirləşmələr

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir