Namizədlər 4 vakant yer seçə bilərlər
Avqustun 22-si saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
AzTehsil.com xəbər verir ki, Təhsil İnstitutundan bildirilib ki, vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər avqustun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsində, eyni zamanda, 1000-nə yaxın vakansiyanın birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim olunacaq.