AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Qəhramanlarımız / Tədbirlər
17 avqust 2025
727

Göygöldə IV Milli Yaylaq Festivalı keçirilib



Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.


AzTehsil.com xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladıb. "Burada olmaq böyük xoşbəxtlikdir. Yaylaq festivalı sayəsində iki qardaş ölkə - Azərbaycan və Türkiyə mədəniyyətinin də ortaq olmasını bir daha görürük. Müsəlman ölkələri daim birgə olmalıdır. Qarabağ Zəfəri iki ölkənin bir daha güclü dostluq münasibətində olduğunu sübut etdi", - deyə o əlavə edib.


Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu bildirib: "Artıq dördüncü ildir Milli Yaylaq Festivalı təşkil olunur. İnsanlarda festivala olan maraq yüksək səviyyədədir. Əsas məqsədimiz adət-ənənələrimizi yaşatmaq və gənclərə bunu sevdirməkdir. Əlbəttə ki, bu cür tədbirlər dövlətin qayğısı olmadan baş tuta bilməz. Bizə dəstək olan Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana da minnətdarıq".


“Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov Göygöl rayonunda növbəti dəfə bu tədbirin təşkil edilməsinin sevindirici olduğunu vurğulayıb. O, Milli Yaylaq Festivalına olan marağı yüksək qiymətləndirib.


Tədbir bədii hissə ilə davam edib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.


Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.


 



Həmçinin oxuyun:
Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.

"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Birincilərin birincisi

Birincilərin birincisi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

"Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

"Göygöldə alman izləri" adlı maarifləndirici tədbir keçirilib

Su həsrəti (hekayə)    Ağababa İbrahimov

Su həsrəti (hekayə) Ağababa İbrahimov

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür