AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet
15 avqust 2025
1 190

MİQ-də vakant yerlər gizlədilir - İctimai Şuradan REAKSİYA



Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri bir neçə gün öncə açıqlanıb. Vakansiyalarla bağlı müzakirələr isə bitib-tükənmir. Ən çox müzakirə olunan məsələlərdən biri də bəzi məktəblərdə vakansiyaların gizlədilməsi ilə bağlıdır. İddialara görə, bəzi direktorlar vakansiyanı gizlədir və MİQ bitən kimi bir hissəsini qohumu-tanışı olan müəllimə ikinci iş yeri kimi, bir hissəsini də "şərik" şəkildə ikinci iş yeri kimi güvəndikləri müəllimlərə verirlər. Bu iddialar müəllimlər arasında narazılığa səbəb olmaqla yanaşı, prosesin ədalətliliyi ilə bağlı da suallar yaradıb.


Digər bir narazılıq isə şəhid ailəsi üzvlərinə tətbiq edilən güzəşt mexanizmi ilə əlaqədardır. Belə ki, müəyyən hallarda yüksək bal toplamış namizədlər güzəştli kateqoriyaya daxil olan şəxslərdən sonra seçimə buraxılırlar. Nəticədə məsələn, 45-50 bal toplayan namizəd elektron yerləşmə ilə Bakıdakı məktəbə düşür, 79-80 bal toplayan namizəd isə kənarda qalır. Bu isə ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirilir və cəmiyyətdə geniş müzakirələrə yol açır. AzTehsil.com - n əldə etdiyi məlumata görə  açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova vakansiyaların gizlədilməsinə inanmadığını deyib.


O bildirib ki, sadəcə, prosesin texniki tərəfi var - bəzən sistemdə yerlər mərhələli şəkildə açıqlanır:


“Məsələn, bəzi bölgələrdə ehtiyaclar yenidən hesablanır, müəllimlərin əvvəlki illərdəki yerləşdirilməsinə baxılır, hətta məktəblərin şagird sayı dəqiqləşdirilir. Ona görə də bütün vakansiyalar bir anda görünməyə bilər. Amma bu, təkcə bizdə deyil – Finlandiya, Estoniya, Türkiyə kimi ölkələrdə də eyni yanaşma var. Onlar da əvvəlcə real ehtiyacı ölçür, sonra elan edirlər. Əsas məsələ odur ki, nəticə şəffaf olsun və hər kəs görə bilsin ki, kimin hara və hansı bal əsasında yerləşdirildiyi aydındır”.


G.Əkbərova şəhid ailə üzvlərinə güzəşt məsələsinə də öz münasibətini bildirərkən vurğulayıb ki, bu, sadəcə texniki bir qayda deyil, həm də dövlətin minnətdarlıq jestidir.


“Bu insanlar və ailələri bizim üçün ən böyük fədakarlığı ediblər. Dünyanın bir çox yerində – ABŞ, Kanada, Polşa, Cənubi Koreya kimi ölkələrdə – müharibə veteranlarının və onların ailələrinin təhsil və iş imkanlarında üstünlük hüququ var. Bu, onlara "siz bizim üçün əvəzolunmazsınız" deməyin bir formasıdır.


Təbii ki, başa düşürəm, yüksək bal toplayıb yer seçmək istəyən digər müəllimlər üçün bəzən bu, məyusedici ola bilər. Xüsusilə də arada 1 bal, bəzən hətta 0,5 bal fərq olduğu halda yerin başqasına verilməsi emosional narahatlıq yaradır. Məhz buna görə əmsallaşdırma sistemi tətbiq olunur ki, həm sosial dəstək qorunsun, həm də ədalətli rəqabət prinsipi pozulmasın”.


O, eyni zamanda əlavə edib ki, buradakı əsas məsələ aydınlıqdır:


“Əgər bütün qaydalar, güzəştlər, bal hesablamaları və yerləşdirmə mexanizmi əvvəlcədən sadə və izah olunan dildə açıqlansa, nə şübhə qalır, nə də narazılıq. Müəllimlər bilməlidirlər ki, proses necə işləyir, kimlər hansı üstünlüyə malikdir və bu üstünlüklər nəyə əsaslanır. Bu, həm inamı artırar, həm də hər kəsin qəbul edə biləcəyi bir sistem yaradar”.



Həmçinin oxuyun:
Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

MİQ imtahanlarına hazırlaşanların - DİQQƏTİNƏ

MİQ imtahanlarına hazırlaşanların - DİQQƏTİNƏ

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məzun olan şəhid övladları - SİYAHI

Məzun olan şəhid övladları - SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlərin işə qəbulunda yeniliklər

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...