AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
12 avqust 2025
1 339

Sertifikasiya müəllimləri yoxlamağa yetmir...




Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...

2026-cı ildən etibarən məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesinə cəlb olunacağı planlaşdırılır.


Bu addımın məqsədi pedaqoji kadrların bilik və bacarıqlarını qiymətləndirmək, tədris keyfiyyətini artırmaqdır. Bəs məktəb müəllimlərində olduğu kimi maaş artımı burda da gözlənilirmi?


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu barədə azEdu.az-a danışan məktəbəqədər ekspert Xalidə Musayeva bildirib ki, təhsil pillələri arasında ən az maaş alanlar məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlərdir.


İşə yeni başlayanlarda maaş minimum həddədir. Sonrakı mərhələlərdə isə iş stajına və müxtəlif adlara görə müəyyən qədər artım olur


"Bu baxımdan, maaş artımı özü-özlüyündə müəyyən motivasiya yaradır. Necə ki, məktəb müəllimlərinin maaşında artım olduqdan sonra müəyyən rəqabət mühiti formalaşdı, müəllimlər bu prosesə qoşulmaq və hazırlaşmaq üçün addımlar atmağa başladılar. Hazırlıq zamanı köhnə materialların yenidən nəzərdən keçirilməsi, yeni biliklərin öyrənilməsi, köhnə biliklərin təzələnməsi baş verdi. Lakin təəssüf ki, bu proses əsasən bilik artımı ilə məhdudlaşdı, praktik bacarıqlar isə yalnız formal səviyyədə inkişaf etdi".


Əsas məsələ praktiki inkişafdır


"Yəni, sual-cavab bilgiləri artsa da, onların tətbiqi ilə bağlı məsələlər çox zəif qaldı. Hal-hazırda sertifikatlaşdırmanın dəqiq vaxtı bəlli olmasa da, bağça müəllimləri illərdir buna hazırlaşır, kurslara yazılır, müxtəlif müəllimlərlə çalışırlar. Ancaq bütün bu hazırlığa baxmayaraq, tədris prosesində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmur. Bu isə göstərir ki, biliklərin çoxalması, praktik bacarıqların mütləq inkişafı demək deyil.


Müəllimlər kurslara qoşulsa, imtahana hazırlaşsa, hətta sertifikatlaşmadan sonra maaşlarının 35% və ya 10% artımını gözləsələr belə, əgər tədris prosesində bacarıq yönümlü yanaşma inkişaf etmirsə, nəticə dəyişmir. Çünki hələ də kurikulumlardan effektiv istifadə olunmur, dərs prosesi standartlar əsasında təşkil edilmir. Müəllimlər tez-tez dərs planlarını haradansa köçürür, yalnız az bir qismi planı özləri tərtib edir. Lakin bu planların sinifdə reallaşdırılması, standart tələblərinə uyğun olub-olmaması, uşaq yönümlülük prinsiplərinin tətbiqi ciddi sual doğurur".


Nəticənin eyni qalmasını istəmiriksə...


"Əgər biz müəllimləri sertifikasiyaya cəlb ediriksə, maaş artımı vəd ediriksə, onların yalnız biliklərini artırmaqla kifayətlənməməli, paralel olaraq sinifdəki bacarıqlarının inkişafına da nail olmalıyıq. Müəllim öyrəndiklərini məcburi şəkildə tətbiq etməyə təşviq edilməli, fəaliyyət planları elə qurulmalıdır ki, istəsələr də, istəməsələr də yeni metodları dərsdə işlətsinlər.


Bəli, sertifikasiya müəllimlərin bilik səviyyəsini imtahan öncəsi artıracaq, rəqabəti gücləndirəcək. Amma əsas məsələ odur ki, sertifikasiyadan sonra siniflərə daxil olub baxaq: dərs keçmə metodikasında dəyişiklik varmı? Yoxdursa, deməli, keyfiyyət artımına nail olunmayıb. Əgər sinifdə tədris eyni qalırsa, uşaqların aldığı təhsilin keyfiyyəti də dəyişmir.





Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...