AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / İnnovasiyalar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə
12 avqust 2025
676

Elmi-nəzəri əsaslarının tədqiqi və...- ƏTRAFLI




Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq olunur.


Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda cari ilin birinci yarısında müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb.


AzTehsil.com- n əldə etdiyi məlumata görə İnstitutdan  bildirilib ki, bu barədə Elmi şuranın iclasında icraçı direktor, şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib. O, 2025-ci il üzrə yarımillik dövrdə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində görülən işlərin davam etdirildiyini bildirib. Alim iş çərçivəsində şəbəkə mühitində bulud resurslarının optimal seçilməsi və intellektual idarə edilməsi, rəqəmsal dövlətin kibersuverenliyində infrastruktur və platforma suverenliyinin yaradılması, eyni zamanda, bulud əsaslı SCADA sistemlərində şəbəkə resurslarının optimal sintezi üçün metod və modellərin işlənməsi, eləcə də bu sistemdə süni intellekt texnologiyalarının tətbiqi ilə təhlükəsizlik məsələlərinin həlli üçün mexanizmlərin işlənməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.


R.Ələkbərov qeyd olunan elmi problem üzrə “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda aparılan elmi tədqiqatların yekunlaşdığını diqqətə çatdırıb. Alim rəqəmsal dövlət mühitində verilənlərin emalı mərkəzlərinin enerji istehlakının optimal idarə olunması, o cümlədən mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi, eləcə də tibbi sağlamlıq sensorlarının bulud əsaslı platformalara inteqrasiyası və digər məsələlərin araşdırıldığını vurğulayıb.


Şöbə rəhbərinin sözlərinə görə, struktur bölmədə Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” və “IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, internet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri üzrə isə “Paylanmış hesablama sistemlərində Grid texnologiyalarının tətbiqi”, “Naqilsiz şəbəkə texnologiyaları: inkişaf mərhələləri, problemləri və təhlükəsizlik məsələləri”, “Proqramla idarə olunan şəbəkə sistemlərinin müasir vəziyyəti və mövcud problemlərinin araşdırılması” və digər mövzular üzrə tədqiqatlar davam etdirilib.


Sonra R.Ələkbərov yarımillik dövr ərzində 9 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 5 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edildiyini söyləyib.


Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb.


Daha sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.


Şöbənin yarımillik hesabatına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyib. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb, həmçinin bulud suverenliyi problemlərinin tədqiqinin əhəmiyyətinə toxunub.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

İDARƏETMƏ METODLARI

İDARƏETMƏ METODLARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Zəhmətlə yazılan 75 illik ömür kitabı

Zəhmətlə yazılan 75 illik ömür kitabı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Onlayn təhsil, distant təhsil, ömürboyu təhsil

Onlayn təhsil, distant təhsil, ömürboyu təhsil

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə