AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
10 avqust 2025
915

İdarənin müdir müavini Qəbələdə bir sıra təhsil müəssisələrində olub

İdarənin müdir müavini Qəbələdə bir sıra təhsil müəssisələrində olub.

AzTehsil.com xəbər verir ki, ‎avqustun 8-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov Qəbələ rayonunun məktəbəqədər təhsil müəssisələrində təşkil olunan bir sıra tədbirlərdə iştirak edib.

‎İdarə müdiri əvvəlcə Qəbələ şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının infrastrukturu, maddi-texniki bazası ilə tanış olub, müəssisədə təlim-tərbiyə prosesinin gedişatını izləyib. Daha sonra uşaqların iştirakı ilə təşkil olunan müxtəlif süjetli, rollu oyunlara tamaşa edib.

‎Eyi zamanda müdir müavini Qəbələ rayon məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə uşaqların davamiyyətinə nəzarət, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, həmçinin qida təminatı və təhlükəsizlik məsələləri müzakirə olunub. Hafiz Pənahov bağçalarda nizam-intizamın, pedaqoji nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, keyfiyyətli məktəbəqədər təhsilin uşaqların gələcək təhsil həyatına əhəmiyyətli təsirindən danışıb.

Sonda bağça rəhbərləri tərəfindən səsləndirilən mövcud problemlər və təkliflər dinlənilib, çatışmazlıqların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın və daimi nəzarətin əhəmiyyəti diqqətə çatdırılıb.

Müdir müavini daha sonra Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 5–9-cu sinif şagirdlərinin iştirakı ilə məktəbin kitabxanasında keçirilən S.S.Axundovun “Qaraca qız” əsərinin müzakirəsində də iştirak edib. Şagirdlər hekayəyə dair fikirlərini yaradıcı şəkildə ifadə etdilər, obrazlar arasında maraqlı müqayisələr apardılar və əsərin əsas ideyasını müzakirə etdilər.

Interaktiv şəkildə təşkil olunan tədbirdə bədii ədəbiyyata maraq, mütaliə vərdişləri və estetik zövqün formalaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. Bu kimi mütaliə saatlarının uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkilinə verdiyi töhfəni qeyd edib və onların davamlı keçirilməsinin vacibliyini vurğulayıb.

Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Rollu oyunlar   və onların faydaları

Rollu oyunlar və onların faydaları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?