AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Manşet / Bölgə
08 avqust 2025
1 240

24 ixtisas üzrə qəbul aparılacaq



Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparacaq.

2025/2026-cı tədris ili üçün Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə 24m ixtisas üzrə qəbul aparılacaq. Abituriyentlərin nəzərinə çatdırılır ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.


AzTehsil.com xəbər verir ki, ayrılmış 1095 plan yerindən 955-i Azərbaycan bölməsi (əyani), 100-ü ingilis

bölməsi (əyani), 40-ı isə qiyabi təhsil forması üçün nəzərdə tutulub. Bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür.


8 ixtisas üzrə kadr hazırlığı Azərbaycan dili ilə yanaşı ingilis dilində də həyata keçirilir. Bunlar I qrupda İnformasiya təhlükəsizliyi, II qrupda Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Mühasibat, Marketinq, Turizm işinin təşkili, III qrupda isə Sosial iş ixtisasıdır. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir.


Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. III ixtisas qrupunda yer alan Sosial iş ixtisasının tədris planı beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə “Sosial iş” ixtisasının tarixində bir ilkdir. Bu ixtisas qrupunda yer alan “Korreksiyaedici təlim” ixtisasının adı bu ildən “Xüsusi pedaqogika” ilə əvəzlənib.


Tələbələrə qəbulolma formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılıb. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. 2025-ci ildə Azərbaycan Universitetinin bakalavriat səviyyəsi üzrə 396, magistratura səviyyəsi üzrə isə 43 olmaqla 439 tələbəsinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüdlərin aylıq məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir. Universitetə ən yüksək balla qəbul olan tələbə bu il də Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü alacaq. 2016-cı ildə təsis olunan təqaüdün ümumi məbləği 500 manat təşkil edir.


Bundan əlavə sentyabr ayından başlayaraq “Ulduz Tələbə” layihəsi əsasında hər fakültə üzrə bir nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçiləcək tələbələrə “Ulduz Tələbə” təqaüdü veriləcək. Layihənin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir. Layihə bakalavriat tələbələrinə şamil olunur. “Ulduz Tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq seçiləcək və seçildikləri semestr müddətində hər ay 100 manat təqaüd alacaqlar.


Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilə çərçivəsində xaricdə təhsil və akademik təcrübə imkanları yaradılır. Yüksək göstəricilərlə oxuyanlara ixtisas diplomu ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatı verilir.


Keçidə daxil olaraq daha ətraflı məlumat əldə etmək və bakalavriat səviyyəsinə tələbə qəbulu planı ilə tanış olmaq mümkündür:

//au.edu.az/az/admission/bakalavriata-gebul





Həmçinin oxuyun:
200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Universitetdə işləmək istəyənlərin NƏZƏRİNƏ !

Universitetdə işləmək istəyənlərin NƏZƏRİNƏ !

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq