AzTehsil.com

Xəbərlər / Ziyalılar / Valideyn / Təlim və Seminar / Vakansiya / Direktor / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
07 avqust 2025
845

Füzuli və Beyləqan gəncləri üçün..- ƏTRAFLI



“Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Füzuli və Beyləqan gəncləri üçün "Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə" təlimi təşkil olunub. 

 

AzTehsil.com xəbər verir ki iyulun 29-dan avqustun 1-dək həyata keçirilən təlimlərin əsas məqsədi regionlarda gənclərin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsi olub.

 

Dörd gün davam edən təlim proqramı çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri, siyasi ekspert Elmir Səftərov tərəfindən Füzuli və Beyləqan Gənclər evlərində keçirilən təlimlərdə gənclərə media savadlılığı, informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və qiymətləndirilməsi, həmçinin saxta informasiyanın müəyyənləşdirilməsi, 

hibrid təhdidlər, dezinformasiya, misinformasiya, malinformasiya, rəqəmsal təhlükəsizlik və müdafiə bacarıqları və digər mövzular izah olunub, real faktlar üzrə nümunələr göstərilib. 

 

İnteraktiv təlimlərdə sosial medianın dövlətlər və cəmiyyətlər üçün yaratdığı digər problemlərdən də bəhs olunub, dezinformasiya ilə mübarizə vasitələri və yolları barədə fikir mübadiləsi aparılıb.

 

Təlimdə Füzuli və Beyləqan rayon İcra hakimiyyətinin və hər iki rayonun Gənclər evlərinin səlahiyyətli şəxsləri iştirak ediblər. 

 

Təlim iştirakçılarına uğurlar arzulayan layihə rəhbəri Namaz Namazov bildirib ki, hibrid təhdidlər və media savadlılığı təlimi gənclər üçün həm fərdi inkişaf, həm də milli təhlükəsizlik baxımından çox vacibdir.

 

Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı bəşəriyyət üçün yeni imkanlar yaratsa da, ciddi təhlükələrlə də müşahidə olunur: "Belə bir mühitdə media savadlılığı, sadəcə, jurnalistlərin və ya mütəxəssislərin işi deyil – hər bir vətəndaşın bilməsi lazım olan bir bacarıqdır. İnformasiyanı düzgün oxumaq, mənbəni yoxlamaq, saxta və ya manipulyativ məlumatı ayırd etmək – bunlar XXI əsrin ən vacib bacarıqlarındandır. Xüsusilə gənclər olaraq, siz informasiya mühitində daha aktiv iştirak edirsiniz, sosial şəbəkələrdə daha çox vaxt keçirirsiniz və çoxlu məlumatlarla rastlaşırsınız. Ona görə də tənqidi düşünmək, faktlarla emosional manipulyasiyanı ayrıd etmək sizin üçün olduqca vacibdir".

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Azərbaycan ICILS 2023-də iştirak edəcək

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq