“Azərbaycanın Beynəlxalq Riyaziyyat Olimpiadasındakı nəticəsi narahatlıq doğurur”
“Azərbaycan qalib dövlət olaraq hər sahədə uğur qazanmalıdır. İnsanlarımızın gözləntisi də təbii olaraq yüksəkdir. Riyaziyyat sahəsində bir vaxtlar çox möhkəm elmi məktəblərimiz olub. Təəssüf ki, bu məktəblər zamanla zəifləyib, hətta sıradan çıxıb. Bu tendensiyanın səbəblərinə Elm və Təhsil Nazirliyi aydınlıq gətirməlidir”.
AzTehsil.com- n əldə etdiyi məlumata görə ekspert qeyd edir ki, ölkədə olimpiada hərəkatının inkişafı ilə bağlı son illərdə müəyyən addımlar atılıb və bu istiqamətdə tədbirlər görülüb:
“Lakin nəticələr göstərir ki, görülən işlər hələ arzulanan səviyyədə deyil. Bilik yarışlarında uğur da ola bilər, uğursuzluq da. Lakin bu dəfə bizi xüsusilə narahat edən məqam ondan ibarətdir ki, qonşu ölkələrin komandaları medal qazanıb, Azərbaycan isə yox. Bu fərq səbəblərin daha dərindən araşdırılmasını tələb edir”.
Onun fikrincə, bu nəticə Azərbaycanın riyaziyyat sahəsində sistemli hazırlıq prosesində olan problemlərlə bağlı ola bilər: “Burada ciddi koordinasiya çatışmazlığı, hazırlıq mərhələsində buraxılan səhvlər və arxayınlıq müşahidə olunur. Nazirlik bu məsələyə aydın və tutarlı izahat verməlidir.”
İlqar Orucov hesab edir ki, olimpiada hərəkatında əvvəlki illərdə əldə edilən bəzi uğurlar fonunda müəyyən arxayınlıq yaranıb və bu da neqativ nəticələrə gətirib çıxara bilər.