Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib
Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib.
AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, Gülsəba Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmışdı.