AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
29 iyul 2025
1 293

İ.Lamiyə sakitləşmək bilmir,qisas almağa çalışır- Hüquq sistemi şokda

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun bir müddət öncə səs yazısı yayılıb və o, müəllimləri təhqir etdiyi üçün işdən çıxarıldı. Necə deyərlər, haqq-ədalət öz yerini tapsa və məsələnin üzərindən müəyyən vaxt keçsə də, Lamiyə İlhamsoy sakitləşmək bilmir və qisas hissi ilə alışıb-yanır. Belə ki, sabiq direktor məhkəmələrə üz tutaraq guya öz tapdalanan hüquqlarını bərpa etməyə çalışır. Ancaq soruşan yoxdur ki, verilən hədiyyədən xoşlanmayıb insanları aşağılayanda, onların hüquqlarını tapdalayanda niyə ədalət prinsiplərini yada salmırdı. Ancaq indi mövzumuz bu olmadığından, dərinliyə getmək fikrində deyilik. 

AzTehsil.com təhsilmedi-a istinadən xəbər verir ki Deməli Lamiyə İlhamsoy məktəbin müəllimləri İlhamə Ağayeva və Samirə İsgəndərovanı, eləcə də onun səs yazısını ictimailəşdirən müstəqil jurnalist, TehsilMedia.az saytının rəhbəri Sakit Muradovu məhkəməyə verib. Əvvəllər də bu addımı atsa da, uduzaraq yerində oturub. Ancaq sakit dayanmayaraq yenidən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Bu dəfə isə həm Pirallahı rayon Məhkəməsinə, həm də İmişli rayon Məhkəməsinə müraciət ünvanlayıb. Ancaq görünür, Lamiyə xanımın savadı imkan vermir ki, eyni mövzuyla bağlı bir şəxsi iki məhkəməyə eyni anda verməyin düzgün olmadığını anlasın. Əks halda bu addımı yəqin ki, atmazdı. Üstəlik, məhkəməyə verdiyi müəllimlər Pirallahı sakinləridir. Məntiqlə qeydiyyatda olduqları rayonda məhkəməyə çağrılmalı olsalar da, nə hikmətdirsə, onları İmişli rayon Məhkəməsi dəvət edib. jurnalist Sakit Muradovla isə çox qəribə hal baş verib. Belə ki, lamiyə xanım onu eyni anda həm Pirallahı, həm də İmişli rayon məhkəməsinə verib. Çaş-baş qalan Sakit Muradov isə hansı məhkəmədə hüquqlarını qoruyacağını bilmir. Digər tərəfdən, qadın müəllimlər Bakıda yaşaya-yaşaya İmişlidə məhkəməyə verilmələrinin məntiqi səbəbini anlamırlar, üstəlik, uzun məsafə qət etməyə nə vaxtlarının, nə də maddi imkanlarının yol verdiyini deyirlər. 

Bu səbəbdən də, müəllimlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun qəbuluna getməyə, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət ünvanlamağa hazırlaşırlar. Onlar işgüzar nüfuzlarına zərbə vurulduğunu bildirirlər. 

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə görə, mülki mübahisələr adətən cavabdehin yaşadığı və ya fəaliyyət göstərdiyi yer üzrə məhkəməyə təqdim olunur. Əgər direktor müəllimləri məhkəməyə verirsə, iddia olunan müəllimlərin yaşadıqları və ya işlədikləri yer üzrə məhkəmə səlahiyyətlidir. Yəni direktorun başqa rayonda, müəllimlərin iş və yaşayış yerindən uzaq bir məhkəməyə müraciət etməsi, əgər bu rayonla hüquqi əlaqə yoxdursa, o zaman qanunsuz və qeyri-prosessual addım sayılır. Bu halda müəllimlər məhkəməyə etiraz və vəsatətlə müraciət etməlidirlər.

Onu da qeyd edək ki, Lamiyə İlhamsoy jurnalist Sakit Muradovu da təhdid edib, məhkəmələrlə hədələyib və onun işgüzar və şəxsi nüfuzunu zərbə altına qoymaqla təhqiramiz ifadələr səsləndirib. Bütün bunlar bir daha sübut edir ki, Lamiyə İlhamsoy həqiqətən də idarəçilikdən uzaq bir şəxsdir və onun nəinki direktor, heç müəllim kimi işləməsi də doğru deyil. İnanırıq ki, məhkəmə Lamiyə İlhamsoyun iddialarını təmin etməyəcək və bu dəfə də haqq-ədalət qalib gələcək.

Həmçinin oxuyun:
“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Məktəblilərin neqativ davranışı: Valideynlər nə etməlidirlər?

Məktəblilərin neqativ davranışı zamanı bəs valideynlər nə etməlidirlər?

Cəlil Bağırov: Peşə təhsilinin ənənəvi qaydalarından kənara çıxmağa çalışırıq

Repetitorluğa yönəldilən şagirdlər kollektiv təhsil mühitindən və sosial inkişafdan məhrum olurlar

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” – QƏZETİN ARXİVİNDƏN

Naftalan şəhər 2 nömrəli tam orta məktəbdə nələr baş verir?

Fidan Nəcəfova: Rəqəmsallaşma müəllimlərin iş yükünü azaldacaq – MÜSAHİBƏ

Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi