AzTehsil.com

Xəbərlər / Valideyn / Video / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
24 iyun 2025
786

Naftalan şəhər 2 nömrəli tam orta məktəbdə nələr baş verir?



Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...


AzTehsil.com tehsilmedia.az-a istinadən xəbər verir ki, Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova işçisi ilə arasında yaranan problemlə əlaqədar haqsız olmasına rəğmən ədavət aparır və "Arxasında dayanan gücdən" istifadə edərək müəllimə və onun ailəsinə hədə-qorxu gəlir. Eləcə də şantaj və şər-böhtanla şəxsiyyətini alçaldır, nüfuzunu sarsıdır, müəllimi cəmiyyətdə sosial bullinqə məruz qoyur. Adilə Bağırovanın hiddəti, nifrəti, ədavəti elə bir həddə çatıb ki, hətta müəllimin ailəsinə də oyunlar qurub hərtərəfli alçaldıcı işlər görür. Sözün əsl mənasında heç kəsin ağlına gəlməyən ssenariləri məhz Adilə Bağırova həyata keçirir.


Bəs bu ədavətin yaranma səbəbi nədir?  



İlhamə müəllim işində savadlı, peşəkar çox məsuliyyətli pedaqoqdur. Məktəbə anidən gələn yoxlama İlhamə müəllimənin açıq dərsində iştirak edir. Dərsi həddindən artıq bəyənirlər. İcra başçısı Musa Musayev oturduğu açıq dərsi çox bəyənir və direktora müəllimin neçə saat dərsi olduğunu soruşur. 9 saat dərsi olduğunu öyrəndikdən sonra 12 saata qaldırmasını bildirir. Beləliklə, İlhamə xanımın dərsi 12 saat olur. Həmin vaxt İlhamə xanım 8 aylıq hamilə olduğundan analıq məzuniyyətinə çıxır. Məzuniyyətdən qayıtdıqdan sonra məktəb direktorunun dəyişdiyini görür. Belə ki, artıq Adilə Bağırova direktor idi və o, müəllimə sadəcə 6 saat dərs verirdi. İlhamə xanım digər 6 saatını da istədikdə, direktor ondan 500 manat pul tələb edir. Maddi vəziyyəti yaxşı olmayan İlhamə xanım pulu ödəyə bilmir. Ancaq vəziyyətin belə davam etdiyini görən müəllim öz haqqını bərpa etmək üçün aidiyyatı üzrə rəsmi şəkildə müraciət edir və 12 saat dərsi bərpa olunur.Daha sonra Diaqnostik qiymətləndirmə keçirildi. İlhamə xanım yüksək bal toplasa da, 16 saat yığana da, İlhamə müəllimə də eyni saat dərs verdilər. İlhamə xanım 146- ya zəng vurduqdan sonra, ETN direktora cədvəl göndərdi və İlhamə xanıma qanunla 21-28 saat arası dərs verməli olduğunu bildirdi. Bundan sonra İlhamə xanıma 21 saat dərs verildi.


Bəs Adilə xanımın arxasında duranlar kimlərdir? Naftalan şəhər polis rəisi ilə yaxşı münasibəti olmasından istifadə edərək bir sözü ilə istədiyini edəcəyini bildirir. Bundan istifadə edərək hər kəsə hədə-qorxu gəlir.


Qeyd edək ki, proseslər fonunda 2018-ci ildə İlhamə xanımın 15 yaşlı qızına da qarayaxma əməliyyatı keçirmiş və günahsız yerə qızın adına şər-böhtan çıxarmışdı. Hətta anasından xəbərsiz qızını uzun müddət şantaj da etmişdi. Sonra İlhamə xanımın həyat yoldaşının yaxınlıq etdiyi xanım xoşagəlməz hərəkətlər edirdi. Səs yazılarında da açıq-aşkar faktlar vardır ki, Aytən xanım İlhamə xanımı evinə dəvət edir, Lamiyə xanım getmir. Besetkada görüşürlər və İlhamə xanım xahiş edir ki, oğlunun 17 yaşı var, gəncdir, onun yanında xoşagəlməz hərəkətlər olmasın. Sadəcə xahiş edir və faktlarla sübut vardır.


Aprelin 28- də Vilayət Eyvazovun qəbulunda olub Adilə Bağırovanın etdiyi hər şeyi olduğu kimi danışıb və sadəcə psixi və fiziki zorakılığa məruz qaldığını, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini, hətta polisə söhbət getdikdə də, onun lehinə həll edildiyini bildirmişdir. Vilayət müəllim bu işlə mütləq məşğul olub həll edəcəyini qəti şəkildə bildirmişdir. Nazirliyin nəzdində cinayət işi açıldığı deyilmişdir. Amma Adilə Bağırova bunu eşidən kimi elə səhəri gün 29 aprel məktəbdə çox sakit şagirdlərdən olan Fikrətin belini çimdiklədiyini bildirmişdir. Belə hal olmayıb, hətta səs yazıda da atası oğlundan soruşduqda, bu hadisənin baş vermədiyini deyir. Hansı ki, Adilə müəllimə şagirdin anası ilə danışmış və saxta bir ssenari qurmağa nail olmuşdu. Bütün bu hadisələrdən sonra səhhətində ciddi problem yaranan Lamiyə xanım təcili Gəncədə İstanbul NS klinikaya çatdırılır və xəstəxanada müalicə almalı olur. Bu baxımdan məzuniyyətə çıxır. 4 iyun məzuniyyətdən qayıdan kimi Adilə Bağırova 4 polislə birlikdə polis bölməsinə aparılmasına məcbur edir. İlhamə müəllim haqqını tələb etsə də, şagirdlərin, müəllim yoldaşlarının önündə belə bir hal yaşamağa layiq olmasa da, 4 polis müəllimi şöbəyə aparır.



Belə ki, İlhamə müəllimənin yoldaşının yaxınlıq etdiyi Aytən xanım Lamiyə xanımın onunla görüşdüyünü və ona yumruq vurduğunu söyləyib polisə şikayət etmişdir. Şikayət isə nədənsə evə yox, məktəbə getmişdi. Adilə xanım İlhamə xanımın qızından sonra həyat yoldaşının yaxınlıq etdiyi qadına və oğluna da qarışmağa, istifadə etməyə, ssenari yazmağa davam etmişdir.


Davamlı şəkildə özbaşınalıq edən, İlhamə xanıma əsassız töhmət, qanunsuz protokollar, intizam tənbehi verən, müəllimlərin, şagirdlərin, valideynlərin yanında alçaldan Adilə Bağırova bu dəfə də pedaqoji şurada guya Fikrəti çimdikləyib adı ilə intizam tənbehi vermişdir. Hansı ki, əgər belə bir hal olsaydı, birinci ekspert çağırılardı, ekspert rəyi verilərdi. Bundan sonra halı pisləşən İlhamə xanım yüksək təzyiqdən əziyyət çəkmişdir. Son olaraq da Vilayət Eyvazova etdiyi şikayəti geri çəkməsi üşün hədələyir. Əlindən gələnin artığını edən, hər cür şər-böhtan atan Adilə Bağırova əslində həddindən artıq özbaşınalıq etmişdir. Əqli qüsurlu uşaqları ümumi siniflərə yönəldib pulunu mənimsəyir. Məktəbin təmirinə ayrılan pulları mənimsəyir və Naftalanda və Safıkürddə özünə ev tikir. Dərs saatlarını satmaq, şagirdləri aylığa buraxmaq, şagirdlərin adından summativləri müəllimlərə yazdırmaq, psixoloqa tarix dərsini vermək kimi qanunsuzluqlar edir.

Kitabxanaçılığı bitirən qardaşı qızını psixoloq edir. Hansı ki, qardaşı qızının əri müstəntiq kimi çalışıb, sonralar xoşagəlməzliklər olub və işdən çıxarılıb amma rəislə münasibət və bu münasibətdən istifadə hələ də davam edir. Diaqnostikdən pul verib tarix müəlliminə bal yazıdırır ki, qardaşı qızı psixoloq kimi rahat işləsin. Biologiya müəlliminə coğrafiya dərsi verir. Tarix müəlliminə coğrafiya dərsi verir. Hərbi dərsi keçirilmir və pulu mənimsənilir. Şagirdlərdən məktəbi təmir etdirməyə pul yığır. Sənədləşmə işləridə düzgün olsun deyə bayram vaxtı müəllimləri işə cəlb edir. 

Məktəbin axranı əmisi oğludur. Direktorun katibəsi qardaşının kürəkəninin əmisi qızıdır. Bacısı müəllimdir.

Müəllim hər il 8 mart və 27 iyunda təntənəli surətdə 50-100 manatdan pul yığıb müəllimə ya zinət əşyası alır, ya da konvertdə pul verirlər.


İlhamə xanım transfer almaq istədikdə hansı ki, bildirmişdilər ki, Adilə xanımdan hədsiz şikayət var, onsuz da çıxarılacaq. Amma bizim sizin kimi peşəkar müəllimlərə ehtiyacımız var. Amma indiki halda Adilə xanım polislə olan yaxınlığına arxayınlığını bildirmiş, hətta Vilayət Eyvazovun da onun tərəfini tutacağını qeyd etmişdir. Aidiyyatı qurumların məsələni dərindən araşdırmasını və bir anaya, bir qadına, bir müəllimə qarşı, qızını, oğlunu, həyat yoldaşını qarışdırıb belə hadisələr yaşatmasını dəyərləndirib qərar verməsini xahiş edirik.


https://youtu.be/_k31PWpE788?feature=shared




Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sabirabadın Əhmədabad kənd məktəbində.... ŞOK

Sabirabadın Əhmədabad kənd məktəbində.... ŞOK

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Bullinq qurbanları kimlərdir?

Bullinq qurbanları kimlərdir?

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Metodbirləşmələr

Metodbirləşmələr

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu