AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
27 iyul 2025
834

Nəcibə Məlikovanın anım GÜNÜDÜR



"Ögey ana"nın Dilarəsi, "Əhməd haradadır?"ın Nərgiz xalası - Nəcibə Məlikovanın anım günüdür.


Bugün Azərbaycan Respublikasının Xalq artisti Nəcibə Məlikovanın vəfatından 33 il ötür.

AzTehsil.com xatırladır ki, Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna qəsəbəsində anadan olub. İlk təhsilini Bakıda alıb. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfində təhsil alıb.


Nəcibə Məlikova öz istəyilə Gəncə Dövlət Dram Teatrına işləməyə gedib, burada bir neçə tamaşada çıxış etdikdən sonra Bakıya qayıdaraq yeni yaradılmış Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali təhsilini başa vurub. Texnikumda təhsil aldığı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında epizodik rollar ifa edən aktrisa, 1952-ci ildən etibarən bu teatrda fəaliyyətini davam etdirib.


Nəcibə Məlikova həm klassik, həm də çağdaş Azərbaycan dramaturqlarının və dünya ədiblərinin əsərlərində uğurla çıxış edib. Oynadığı tamaşalar sırasında Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım, Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) əsərləri yer alır.


Aktrisa eyni zamanda, kinoda da yaddaqalan rollar ifa edib. "Ögey ana" filmində Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da isə Nərgiz xala rolları onun yaradıcılıq uğurları sırasında göstərilir.


Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.


O, 1992-ci il iyulun 27-də Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.








Həmçinin oxuyun:
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Haşım bəy Vəzirov

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Haşım bəy Vəzirov

10 Mart - MİLLİ TEATR GÜNÜ

10 Mart - MİLLİ TEATR GÜNÜ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bəşir Səfəroğlunun vəfatından 56 il ötür

Bəşir Səfəroğlunun vəfatından 56 il ötür

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Heydər Əliyevin anım günüdür - VİDEO

Heydər Əliyevin anım günüdür - VİDEO

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür