MÜTDA açıqlama
Portala girişdə qısa müddətdə yüklənmə müşahidə olunub.5 iyul saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılmasına start verilib. 2020 və 2021-ci il uşaqlar üçün yeni növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il uşaqlar üçün 15:00-da aktivləşdirilib.
AzTehsil.com xəbər verir ki, 15:00-dan etibarən sistemə eyni anda daxil olduğu portala girişdə qısa müddətdə yüklənmə müşahidə olunub. Texniki təchizat sistemində sabit və dayanıqsız fəaliyyətinin təmin edilməsinə nəzarət tədbirləri görülüb və yüklənmə aradan qaldırılıb. proses uğurla davam edir. Belə ki, bugün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22796 növbə yaradılıb.