AzTehsil.com

Xəbərlər / test / Digər Elan / Cəmiyyət / Bakalavr / Magistr / Ekspert / Manşet / Bölgə
25 iyul 2025
984

Ali məktəbi bitirənlər niyə magistratura üzrə təhsil almaq istəmirlər ?



_“Azərbaycanda ali məktəbi bitirənlərin magistratura təhsilinə maraq göstərməməsi, təkcə şəxsi seçim və ya maddi imkan məsələsi deyil, daha dərin və sistemli problemlərin nəticəsidir. Bu, təhsil sistemində uzun illər yığılıb qalmış struktur qüsurların, qeyri-effektiv planlaşdırmanın və əmək bazarına bağlılığın zəif olmasının göstəricisidir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu problemi sadəcə statistik məlumat kimi təqdim edir, amma onun səbəbləri ilə bağlı ciddi təhlil, maarifləndirmə və strategiya ortaya qoymur”. AzTehsil.com- n əldə etdiyi məlumata görə Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.Kamran Əsədov sözlərinə belə davam edib: “Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə açıqladığı məlumatlara əsasən, magistratura səviyyəsinə sənəd verənlərin sayı 20 min nəfərdən az olub, qəbul olanların sayı isə daha az – təxminən 12–13 min civarındadır. Halbuki, həmin il bakalavr pilləsini bitirənlərin sayı 40 minə yaxın olub. Yəni, ali məktəbi bitirənlərin yalnız 30 faizindən bir qədər çoxu təhsilin ikinci pilləsində təhsilini davam etdirmək istəyib. Bu isə o deməkdir ki, sistem daxilində mövcud olan magistratura pilləsi faktiki olaraq ciddi sosial və akademik cazibə yaratmır.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində ali təhsilin struktur pillələri təsbit olunub və burada qeyd edilir ki, magistratura pilləsi mütəxəssisin elmi-tədqiqat və nəzəri hazırlıq səviyyəsinin formalaşdığı mərhələdir. Amma təhsil müəssisələrinin əksəriyyətində bu pillə nə tədqiqat bacarıqları formalaşdırır, nə də məzunu əmək bazarında rəqabətə davamlı edir. Əksər hallarda magistrantlar eyni bakalavr dərslərinin davamını təkrarlayır, seminar və təqdimatlarla süni yüklənir, lakin real peşə və analitik bacarıqlar qazana bilmirlər. Bu isə tələbənin əlavə iki il vaxt və resurs sərf etməsini mənasızlaşdırır.Əmək bazarında magistr dərəcəsinin rəqabət üstünlüyü yaratmaması da ciddi problem olaraq qalır. Dövlət və özəl sektorun əksəriyyəti maaş və vəzifə yüksəlişi baxımından magistr diplomunu nəzərə almır. Bir çox hallarda işəgötürənlər üçün iş təcrübəsi və bacarıq səviyyəsi daha vacib sayılır, akademik dərəcə isə formal sənəd olaraq qəbul olunur. Bu isə gənclər arasında belə bir düşüncəni gücləndirir: “Magistr oxusam da, iş tapa bilməyəcəm və ya əlavə qazancım olmayacaq”. Bu psixoloji etibarsızlıq nəticəsində magistratura yalnız dövlət proqramlarına düşmək istəyənlər, müəllimlik və ya akademik sahəyə yönəlmək istəyənlər üçün maraqlı olur. Bu isə sistemin çox dar auditoriyaya xidmət etməsi deməkdir.Magistratura pilləsində təqaüd və maliyyə dəstəyi də ciddi tənqid mövzusudur. Mövcud məbləğlər nə yataqxana haqqını, nə nəqliyyat, nə də gündəlik xərcləri qarşılamağa kifayət edir. Ailəsi olmayan və ya işləməyən tələbə üçün bu təqaüd sosial təminat rolunu yerinə yetirə bilmir. Üstəlik, ödənişli əsaslarla təhsil alanların əksəriyyəti bu məbləğdən tamamilə kənarda qalır. Belə şəraitdə, əlavə maddi yük altına girib ikinci dəfə oxumaq cəlbedici olmur.Dünya təcrübəsinə nəzər saldıqda isə tam fərqli yanaşmalar müşahidə edilir. Məsələn, Almaniyada magistratura pilləsi akademik və peşəkar ixtisaslaşmanın əsas mərhələsi sayılır və əksər sahələrdə bu dərəcə olmadan nə işə qəbul mümkündür, nə də dövlət strukturunda karyera yüksəlişi. İsveç və Norveçdə magistr proqramları dövlət tərəfindən tam maliyyələşdirilir və tələbəyə geniş tədqiqat imkanları təqdim olunur. Koreyada isə texnologiya və mühəndislik sahəsində magistrlar yüksək maaşlı dövlət proqramlarına və startap təşəbbüslərinə cəlb olunur. Bu ölkələrdə təhsil dövlətin iqtisadi inkişaf strategiyası ilə birbaşa əlaqələndirilir. Azərbaycanda isə magistratura dövlət strategiyalarından kənarda qalan, sosial və təhsil sisteminin zəif halqası kimi qalıb.



Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı