AzTehsil.com

Xəbərlər / H/N sənədlər / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Layihə / Bölgə / Şagird
24 iyul 2025
846

Bu "Layihə" üçün məktəblərin seçimi başlayır



“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçimi başlayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” Məktəblər Şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsinin 2025-2026-cı tədris ili üçün məktəb seçimi prosesinə start verilir.

AzTehsil.com- n əldə etdiyi məlumata görə layihənin məqsədi seçilmiş ümumi təhsil müəssisələrində müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyası təmin etmək, eləcə də təhsil liderliyinin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.


Layihəyə yeni məktəblərin qoşulması üçün seçim prosesi 2 mərhələdə həyata keçiriləcək: ilkin mərhələdə məktəblər müraciət formasını dolduraraq müraciət edəcək, daha sonra uyğun məktəblərin rəhbər heyəti üçün müsahibələr təşkil olunacaq.


Layihə çərçivəsində iştirakçıların bilik və təcrübələrinin artırılması məqsədilə xaricdə təlim səfərlərinin təşkili nəzərdə tutulub.


Müraciət üçün meyarlarŞagird sayı 500-2000 aralığında olmalı

Məktəbdə STEAM, Rəqəmsal Bacarıqlar və Peşə Təmayüllü siniflər layihələrindən ən azı ikisi həyata keçirilməli

Texniki fənlər (fizika, riyaziyyat, kimya, informatika və s.) üzrə gənc, təşəbbüskar və aktiv müəllim heyəti olmalı

Direktor və idarəetmə komandası inkişafa açıq, fəal, layihədə iştirak etməyə motivasiyalı olmalı

Layihədə iştirak edən məktəblər nə əldə edəcək?


Direktor və rəhbərlik komandası üçün təhsil liderliyi və innovativ idarəçilik mövzusunda beynəlxalq təlimlər

Direktorlar üçün mentorluq dəstəyi

STEAM və texniki fənlər üzrə praktiki yönümlü yanaşmaların tətbiqi

Digər innovativ məktəblərlə şəbəkələşmə və qarşılıqlı öyrənmə imkanları

Layihə çərçivəsində məktəbin brendinin gücləndirilməsi və nümunəvi öyrənmə mərkəzinə çevrilməsi.


Müraciət formasına keçid: https://forms.gle/1r5aXQKZGAb3k4DJ8


Müraciət üçün son tarix: 15 avqust 2025-ci il


Qeyd: Sorğu məlumatları yalnız məktəb direktorları tərəfindən təqdim olunmalıdır.





Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar