Bu universitetin illik təhsil haqqı ARTIRILIB
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) illik təhsil haqqı artırılıb.
AzTehsil.com - n əldə etdiyi məlumata görə, artım həm bakalavr və magistratura səviyyəsində müşahidə edilib.
"Burada bakalavriat və magistratura haqqı səviyyəsində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında 2500 manatdan 2700 manata qalxıb", - universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumatda deyilir.
Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetində (AzTU) artım olacaq.