AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
29 iyun 2025
2 070

KİMYA MÜƏLLİMLƏRİ: “Suallar çox sadə idi…”



İyunun 24-də müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən sertifikatlaşdırma imtahanında kimya müəllimləri də biliklərini sınayıblar.


AzTehsil.com xəbər verir ki, “Azərbaycan müəllimi” sertifikatlaşdırma imtahanında kimya fənni üzrə yüksək bal toplayan müəllimlərlə həmsöhbət olub. 


149 nömrəli tam orta məktəbdə 22 ildir ki, kimya fənnini tədris edən Şəlalə Həsənova sertifikatlaşdırma imtahanından 59 bal toplayıb. Özünü “peşəsini sevərək icra edən müəllim” kimi təqdim edən Şəlalə müəllimin, görünür, uğurundakı əsas sirr də elə peşəsinə sevgi ilə yanaşmağıdır. 


Şəlalə müəllim bildirir ki, imtahana düşən suallar ona elə də çətin gəlməyib: “Suallar mənə çətin gəlmədi. Təxminən 25-30 sual olduqca sadə, bütün müəllimlərin yaza biləcəyi səviyyədə idi. Digər sualların çətinlik səviyyəsi nisbətən yüksək idi, daha doğrusu, həlli vaxt tələb edən tapşırıqlar verilmişdi. Amma imtahan vaxtı bütün sualları cavablandıra bildim. Metodika sualları isə tamamilə asan idi”.Sertifikasiya prosesi haqqında fikirlərini bölüşən Ş.Həsənovanın fikrincə, sertifikatlaşdırma imtahanı sayəsində müəllimlər öz üzərində daha çox çalışacaqlar:


“Bu imtahandan sonra müəllim nəticəsini görür və üzərində daha məsuliyyətlə çalışmağa başlayır. Əməkhaqqısına edilən artım isə müəllimlər üçün ayrıca bir motivasiyadır. Gələcəkdə də müəllimlərin bilik səviyyəsinə görə maddi cəhətdən fərqləndiriləcəyi imtahanların keçirilməsini istəyərdim”.


O, yüksək bal toplamağında fənni ilə bağlı hər yeni materialı əldə etməyə çalışmağının, daim yeni məlumatları öyrənməyə açıq olmağının böyük rolu olduğunu xüsusi vurğulayır. Sertifikatlaşdırmada uğuru qazanmaq üçün biliklə yanaşı, vaxtı da düzgün bölmək lazımdır


110 nömrəli məktəbin kimya müəllimi Aysel Nəzirova da artıq 22 ildir ki, şagirdlərinə kimyanın incəliklərini öyrədir. Bu il o, sertifikatlaşdırma imtahanından 57 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasına daxil olub.


Aysel müəllim imtahanın təşkilatçılığından razı qaldığını bildirir: “İmtahan zamanı hər cür texniki dəstək vardı, hər hansı problem yarananda dərhal kömək göstərilirdi”. A.Nəzirova sualların müxtəlif çətinlik dərəcələrində olması ilə bağlı qeyd edir ki, imtahan suallarının təxminən 30-u çox sadə idi, bu sualları asanlıqla cavablandırmaq mümkündür: “Digər suallar isə bir qədər vaxt tələb edirdi. İmtahan ərzində həyəcan hissi və stres çox idi. Buna görə də suallara əvvəlcə baxanda düşündüm ki, bu imtahandan keçə bilməyəcəyəm. Diqqətimi toplayıb sualları həll etməyə başlayanda gördüm ki, alınır. 60 bal toplayacağıma inanırdım. Bir az da vaxtım qalsa idi, səhv etdiyim suallara yenidən baxıb düzgün yaza bilərdim”. 


Onun fikrincə, uğur qazanmaq üçün təkcə bilik deyil, zamanı düzgün bölmək və metodoloji hazırlıq da vacibdir: “Əminəm ki, bəzi müəllimlər vaxt çatışmazlığı səbəbindən daha yüksək bal toplaya bilmədilər. Bu baxımdan sürətli olmaq və suallara düzgün yanaşmaq olduqca vacibdir”.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Metodbirləşmələr

Metodbirləşmələr

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..