Müəllimlər məzuniyyəti harada keçirəcək?
AzTehsil.com xəbər verir ki, 2024-2025-ci tədrisi ili artıq başa çatıb. Müəllimlərin məzuniyyətə getməsinə sayılı günlər qalıb. Xarici KİV-lərdən verilən məlumatlara görə, əcnəbi müəllimlər yay tətilində dünya turlarına, səyahətə çıxır, məzuniyyət dövründə mənalı günlər keçirməyə, doyunca dincəlməyə çalışırlar. Bu həm onların dincəlməsinə, həm də dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir. Bəs Azərbaycanda müəllimlər məzuniyyət dövrünü necə dəyərləndiri, yay tətilini harada keçirirlər?Azərbaycanın səfalı guşələrinə üz tutanlarla yanaşı, istirahətini doğulduğu bölgədə keçirməyə üstünlük verənlər də az deyil. Bəziləri isə məzuniyyət götürərək evdə dincəlir.Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına məxsus istirahət ocağında hər il minlərlə insan Eləcə də müəllimlər ora müraciət edə bilər.