AzTehsil.com

Xəbərlər / Vakansiya / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
23 iyun 2025
1 669

“Müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti....- Ətraflı



AzTehsil.com xəbər verir ki, mövzuyla bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini bölüşüb.2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq — bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir.Biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır.O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir — o artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya — savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar.Əgər bir müəllim “mən imtahandan kəsildim çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması — uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır.Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil — cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq — millətin məhvinə razı olmaq deməkdir. Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs — istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi — bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları — ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək!





Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Valideynlərlə əlaqə  Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Valideynlərlə əlaqə Sinif rəhbəri sinfin baş tərbiyəçisidir

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır