AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
21 iyun 2025
1 910

Dərs bölgüsü sertifikasiya balına görə aparılmır



2025-ci il üzrə təhsilverənlərin sertifikatlaşdırılma imtahanlarına başlanılıb. Artıq bir qrup müəllim prosesdə iştirak edib.


Yüksək nəticə əldə edən müəllimlər sosial şəbəkədə müzakirələr zamanı dərs saatlarının artırılmasının vacibliyini vurğulayıblar.


Maraqlıdır, bəs görəsən, sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin əlavə dərs saatları tələb etməsi qanunidirmi?


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, müəllimlərin bu istəyi, bir tərəfdən, onların peşəkarlığının tanınması və əməyinin daha yüksək qiymətləndirilməsi baxımından başadüşüləndir, digər tərəfdən isə mövcud hüquqi və inzibati çərçivədə bu tələbin nə qədər əsaslı olduğu mübahisəlidir:"Təhlil göstərir ki, bu məsələyə təkcə emosional deyil, həm də normativ və sistemli yanaşmaq lazımdır.


Hazırkı qanunvericiliyə əsasən, müəllimlərin əməkhaqqılarına edilən əlavələr sertifikasiya nəticəsinə görə müəyyən olunur və bu əlavələr mövcud dərs saatına uyğun əməkhaqqının üzərinə gəlir. Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 488 nömrəli qərarı ilə təsdiqlənmiş


"Müəllimlərin sertifikatlaşdırılması Qaydası"na əsasən, 30-50 bal toplayan müəllimlərə əməkhaqqına 10%, 51 və daha çox bal toplayanlara isə 35% əlavə olunur. Bu artım mövcud dərs yükü əsasında hesablanan əməkhaqqının üzərinə tətbiq olunur. Yəni müəllim 12 saat dərs deyirsə, bu saat üçün aldığı ümumi məbləğə 35% əlavə olunur. Dərs saatının artırılması isə bu artımdan tamamilə fərqli və ayrıca idarəolunan prosedurdur".


O qeyd edib ki, müəllimlərin dərs saatları Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü norması"na əsasən müəyyən olunur:


"Bu norma məktəbdəki şagird sayı, fənn üzrə ümumi saat həcmi və müəllimlərin sayı nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən bölüşdürülür. Mövcud qanunvericilikdə sertifikasiya nəticəsinə əsasən dərs saatının avtomatik artırılması ilə bağlı heç bir mexanizm nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əmək münasibətləri tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Bu müqavilədə dərs yükü və öhdəliklər dəqiq göstərilir və dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər.Sertifikasiya nəticəsinin müəllimin dərs saatına birbaşa təsir etməməsi, bəzən yüksək bal toplayan müəllimlərdə narazılıq yaradır. Onlar düşünürlər ki, yüksək nəticə onların peşəkarlığını sübut etdiyindən, bu, yalnız maddi deyil, funksional dəyişikliklərə də səbəb olmalıdır. Bu tələb ilk baxışdan motivasiyaedici və ədalətli görünə bilər, lakin praktikada bu yanaşma məktəblərdə dərs saatlarının balanslı və şəffaf bölüşdürülməsinə xələl gətirə bilər. Digər müəllimlərin dərs saatlarının azalması, vakansiyaların süni şəkildə dəyişdirilməsi və balanssızlıq yaranması təhlükəsi var.


Beynəlxalq təcrübədə isə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada yüksək nəticə göstərmiş müəllimlərə əlavə dərs saatı deyil, mentor müəllim statusu, peşəkar inkişaf layihələrində iştirak hüququ, metodik rəhbərlik və məktəbdaxili qiymətləndirmə proseslərində rol verilir. ABŞ-də "teacher leadership" modeli əsasında yüksək nəticə göstərmiş müəllimlərə daha çox dərs deyil, daha çox məsuliyyət və rəhbərlik rolu təklif olunur. Bu zaman həm əməkhaqqı artırılır, həm də müəllim tədris keyfiyyətinə sistemli təsir göstərə bilir. Bu yanaşma yalnız miqdarı deyil, keyfiyyəti əsas götürür".


Kamran Əsədovun sözlərinə görə, bunun müsbət tərəfi odur ki, Azərbaycanda ilk dəfə olaraq müəllimlər yalnız maddi artım deyil, daha çox dərs, daha çox fəaliyyət, daha çox faydalılıq tələb edirlər:


"Bu, müəllim peşəsinin fəallıq səviyyəsinin və ictimai məsuliyyət hissinin artdığını göstərir. Eyni zamanda, bu yanaşma təhsil sistemində fərqləndirmə və səriştəyə əsaslanan idarəetmənin təşəkkül tapdığını göstərir. Müəllim artıq yalnız formal şəkildə vəzifəsini yerinə yetirmək yox, sistemdə daha çox rol almaq istəyir. Bu, təhsil üçün müsbət impuls yaradır.Lakin tələbin hüquqi baxımdan hazırkı mərhələdə təmin olunması mümkün deyil və ehtiyac yoxdur. Çünki dərs saatı pedaqoji normaya əsasən tənzimlənir və bu norma dəyişmədiyi halda balans pozular. Əvəzində Elm və Təhsil Nazirliyi və yerli təhsil idarəetmə orqanları yüksək bal toplamış müəllimləri məktəbdaxili əlavə funksiyalara - dərnək rəhbərliyi, mentorluq, metodik şura, qiymətləndirmə qruplarında iştiraka cəlb edə və bu fəaliyyətə görə əlavə ödənişlər tətbiq edə bilər. Bu zaman həm keyfiyyətli müəllim dəstəklənər, həm də ümumi təhsil mühiti güclənər.


Gələcəkdə isə bu istiqamətdə daha çevik modelin tətbiqi məqsədəuyğun ola bilər. Məsələn, məktəbdə vakant saatlar olduqda onların ilk növbədə yüksək nəticə göstərmiş müəllimlərə təklif olunması hüquqi baza şəklində təsbit edilə bilər. Bu həm motivasiyanı artırar, həm də obyektiv bölgü üçün əsas yaradardı. Bununla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərin təlimçilik və təkmilləşdirmə proqramlarında iştirakını təşviq edən sistem formalaşdırıla bilər.


Nəticə etibarilə, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin dərs saatlarının artırılması ilə bağlı tələbləri hüquqi baxımdan əsaslı olmasa da, psixoloji və motivasiya baxımından anlaşılandır. Bu tendensiyanı idarə etmək üçün mövcud qanunvericiliyə uyğun əlavə təşviq mexanizmləri qurulmalı, dərs bölgüsü isə yenə də obyektiv ehtiyac əsasında həyata keçirilməlidir. Təhsilin keyfiyyəti yalnız çoxlu dərs deyənlərlə deyil, dəyərli və məqsədli şəkildə fəaliyyət göstərən müəllimlərin sistemdə rol alması ilə mümkündür. Bu rolu isə sistem tanımalı və idarə etməlidir".



Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ